ATV-nin iki əməkdaşı koronavirusa yoluxdu, biri xəstəxanaya yerləşdirildi - Rəsmi


Koronavirus

"Azad Azərbaycan" Teleradio və Yayım Şirkətinin (ATV) Xəbərlər Departamentinin iki əməkdaşı koronavirusa yoluxub.


Teleqraf.com-a ATV-nin mətbuat xidmətindən daxil olan məlumata görə, koronavirusa yoluxan əməkdaşlarının səhhəti normaldır:

"İki əməkdaşımızda ilkin testin nəticəsi pozitiv çıxıb. Nəzərə alın ki, bu ilkin nəticədir. İki dəfə test götürülür.

Hazırda Heydər Məmmədov "Atletlər kəndi"ndə karantindədir. Rövşən Mahmudoğlu isə ATU-nun Tədris Cərrahiyyə klinikasındadır. Vəziyyətləri çox yaxşıdır, heç birində ağırlaşma yoxdur. Aşırı dərəcədə siptom hiss edilmir".

Kanalın sözçüsü televiziyanın bütün əməkdaşlarının testə cəlb olunub-olunmayacağını da münasibət bildirib: "ATV kanalı pandemiya dövründə dizenfeksiya işlərinə xüsusi diqqət yetirib. İzolyasiya tədbirlərinə riayət edilib.

Əməkdaşlarımızın test götürülməsinə gəlincə, kimsə özündə siptom hiss edərsə, temperatur olarsa müraciət ediləcək və test götürüləcək. Onlarla ünsiyyətdə olan əməkdaşlarımızın heç birinin səhhətində problem yoxdur".

Tarix: 20-05-2020, 20:03
Xəbəri paylaş





Xəbər lenti