Mingəçevirdə ər arvadını 8 bıçaq zərbəsiylə öldürüb

 

Mingəçevirdə qətl hadisəsi baş verib. Hadisə şəhərin Azərbaycan İES qəsəbəsində qeyd alınıb. Qəsəbə sakini, 1983-cü il təvəllüdlü Fərqanə İsayevanı həyat yoldaşı bıçaqlayaraq ağır xəsarətlər yetirib. 8 bıçaq xəsarəti alan yaralı qadın dərhal Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun atası Tahir İsmayılovun sözlərinə görə, kürəkəni xeyli müddətdir qızına qarşı zorakılıq göstərirdi: “Elnur İsayev illərdir qızıma gün verib, işıq vermirdi. Bir müddət əvvəl yenə onu döymüşdü. Qızım başından, kürəyindən ağır zərbələr aldığına görə evini tərk edib bizə gəlmişdi. Bir neçə müddət qaldıqdan sonra mən onları barışdırdım ki, sizin artıq nəvəniz olacaq. Ailəniz dağlmasın. Uşaqlara görə bağışlamışdıq. Axırı da bu. İçkili vəziyyətdə gəlib qızıma 8 bıçaq zərbəsi vurub onu öldürdü”.

Qeyd edək ki, hadisəni törədən Elnur İsayevi artıq polis saxlayıb.

Azər

Tarix: 21-05-2020, 11:38
Xəbəri paylaş





Xəbər lenti