Ucarda tibb məntəqəsinin işçisi özünü asıb - TƏFƏRRÜAT


Ucarda tibb məntəqəsinin işçisi özünü asıb -     TƏFƏRRÜAT

"Deyilənə görə, neçə gündür dayanmadan içki içirdi, yemək yemir, heç kimlə çox söhbət etmirdi”

 

Ucar rayonunda intihar hadisəsi qeydə alınıb. AYNA-nın APA-a istinadən xəbərinə görə, rayonun Qazyan kənd sakini, 1979-cu il təvəllüdlü Samir Mirsaab oğlu Əliyev bu gün səhər saatlarında həyətindəki tut ağacından özünü asıb. Məlumata görə, iki uşaq atası olan S.Əliyev içki aludəçisi olub. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

 

Hadisə ilə bağlı rayonun Qazyan kənd icra nümayəndəsi İbrahim Xəlilov Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə barədə səhər saatlarında xəbər tutublar:

 

“İntihar edən Qazyan kənd sakini, 1979-cu il təvəllüdlü Samir Mirsaab oğlu Əliyev problemli adam deyildi, sadəcə tez-tez spirtli içki qəbul edirdi. Deyilənə görə, neçə gündür dayanmadan içki içirdi. Yemək yemir, heç kimlə çox söhbət etmirdi. Özü də kəndin tibb məntəqəsində fəhlə kimi çalışırdı.

 

Axşam gəlib evə, içkili vəziyyətdə yatıb. Səhər özünü yaşadığı evin həyətindəki tut ağacından asıb. Biz də bu gün səhər saatlarında xəbər tutmuşuq. Düşünürük ki, hadisəni törədən zaman içkinin təsirində olub. İki azyaşlı uşağı qalıb. Hələ ki, nə üçün intihar etdiyi məlum deyil. Hadisə araşdırılır”.

Tarix: 27-05-2020, 13:36
Xəbəri paylaş





Xəbər lenti