Bakıda kişi gözəllik salonunda işləyən arvadını bıçaqla öldürüb

 
Bakı şəhərinin Sabunçu rayonunda qətl hadisəsi baş verib.
APA-nın xəbərinə görə hadisə Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb.
Belə ki, 1983-cü il təvəllüdlü Nuranə Qasımova işlədiyi gözəllik salonunda əri tərəfindən bıçaqlanıb. Hadisə yerinə təcili tibbi yardım briqadası gəlsə də, qadının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Tarix: 28-05-2020, 23:06
Xəbəri paylaş





Xəbər lenti