Xarici ölkə vətəndaşı tərəfindən pul müqabilində narkokuryerliyə cəlb edilən şəxsdən 15 kiloqrama yaxın narkotik götürülüb



Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Siam.az-a 
verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 
keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Fərid Əhmədov rayon 
ərazisində saxlanılıb. Ona məxsus çantaya keçirilən baxış zamanı təmiz çəkisi 14 
kiloqram 340 qram marixuana, 510 qram heroin və 50 qramdan artıq 
metamfetamin aşkar edilərək götürülüb. 
Dindirilmə zamanı F.Əhmədov əcnəbi narkotacirə pul müqabilində 
narkokuryerlik etdiyini etiraf edərək,  çantasından aşkarlanan narkotik vasitələri 
müəyyən məbləğ qarşılığında qabaqcadan təyin olunan yerə çatdırmalı olduğunu 
bildirib. 
Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, 
saxlanılan şəxsin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər 
davam etdirilir.
Tarix: 20-02-2023, 08:55
Xəbəri paylaş





Xəbər lenti