Sabiq vəzifəli şəxsin külli miqdarda dələduzluqda ittiham olunan kürəkəninin məhkəməsi başlayır - TƏFƏRRÜAT

Sabiq vəzifəli şəxsin külli miqdarda dələduzluqda ittiham olunan kürəkəninin məhkəməsi başlayır
Külli miqdarda dələduzluqda ittiham olunan Azər Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başlayır.

SİAM.AZ APA-ya istinadla xəbər verir ki, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Səbinə Əlizadənin sədrliyi ilə araşdırılacaq. Hazırlıq iclası fevralın 28-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən Azər Əsgərov zərərçəkmiş şəxslərin şikayəti əsasında 2021-ci ilin mayında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Azər Əsgərov vaxtilə Prezident Administrasiyasında baş məsləhətçisi işləmiş Arif Novruzovun kürəkənidir. Arif Novruzov sonradan Ərazi-Təşkilat Məsələləri şöbəsinin sektor müdiri olub, bir neçə rayon icra hakimiyyətinin (Ağdaş, Göygöl, Goranboy, Tərtər və s.) kuratoru vəzifəsində çalışıb.

Məlumatlara görə, kürəkəni həbs olunandan sonra Arif Novruzov onun azad edilməsi üçün çalışsa da, özü də dələduzluqla üzləşib. O, kürəkəninin azadlığa buraxılması üçün bəzi şəxslərə 100 min manat verib. Lakin özünü səlahiyyətli kimi təqdim edən həmin şəxslərin dələduzluğu üzə çıxıb, onlar məsuliyyətə cəlb ediliblər.

Arif Novruzov sözügedən hadisədən sonra 2022-ci ilin aprel ayında vəzifəsindən azad olunub, bir müddət sonra isə vəfat edib.

Sabiq vəzifəli şəxsin külli miqdarda dələduzluqda ittiham olunan kürəkəninin məhkəməsi başlayır


Tarix: 21-02-2023, 21:33
Xəbəri paylaş





Xəbər lenti