Azərbaycandan yola çıxan 40 milyonluq neft daşıyan gəmi saxlanıldı - İLGİNC

Azərbaycandan yola çıxan 40 milyonluq neft daşıyan gəmi saxlanıldı
Fevralın 20-də sahilyanı Durres şəhərində Albaniya hüquq-mühafizə orqanları şübhəli Rusiya nefti daşıyan Liberiyada qeydiyyatdan keçmiş gəmini saxlayıb.
SİAM.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə Albaniya hüquq-mühafizə orqanları məlumat yayıb.
Bildirilib ki, müsadirə edilən 22500 ton neftin bazar dəyəri 40 milyon avrodan çoxdur:
“Gəmi səyahətinə Azərbaycandan başlayıb və Yunanıstanın Kalamata şəhərində başqa bir gəmidən neftlə təmin olunduğunu iddia edib”.
Qeyd edilib ki, gəminin göyərtəsində 22 ekipaj üzvü saxlanılıb.
Tarix: 22-02-2023, 21:35
Xəbəri paylaş





Xəbər lenti