Bakıda “Bravo”da atışma olub, əməliyyat qrupu cəlb edilib - Video


Bakıda “Bravo” marketlərinin birində atışma olub.
Siam.az APA-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu “Nargilə kafesi” adlanan əraziyə yaxın olan “Bravo” Əhmədli Hipermarketində qeydə alınıb.
Bildirilib ki, hazırda hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları cəlb edilib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən Yeniavaz.com-a bilirilib ki, paytaxtın Xətai rayonunda baş verən hadisə ilə bağlı əməliyyat qrupu əraziyə cəlb edilib: "Araşdırma aparılır. Əməli törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcək".
Tarix: 4-03-2023, 13:06
Xəbəri paylaş





Xəbər lenti