Böhran: toy-nişan yox, gözəllik salonları batır, saç rəngi, kosmetikanın... - Şok qiymətləri

Böhran: toy-nişan yox, gözəllik salonları batır, saç rəngi, kosmetikanın... - Şok qiymətləri Ölkədə iqtisadi krizis bütün sahələri əhatə etməkdədir

Politika.Az-ın əməkdaşının əldə etdiyi məlumata görə, artıq gözəllik salonları, vizaj mərkəzləri işçilərinin də müştəri gözləməkdən gözünün kökü saralıb.

Onlara görə də müştərilərə endirimlər etməyə, cəlbedici kampaniyaların təşkilinə, tarifləri azaltmağa başlayıblar.

Toy-nişanların, təm-təraqlı ad günü məclislərinin azalması gözəllik salonlarının işinə ciddi təsir göstərib.

Vizaj mərkəzlərində işləyənlər əvvəl 350-400 manata bir gəlinlik saçı hazırlayırdısa, indi qiymətlər 150-200 manata enib.

Bu məbləğ müştərilər üçün sərfəli olsa da, toy-nişan məclislərinin azalması gözəllik salonlarına müraciət edənlərin sayına kəskin şəkildə təsir edib. Elə gün olur ki, gözəllik salonuna müştəri gəlmir.

Bir vizaj mərkəzinin gündəlik xərci, işçilərin maaşı, vergi, kommunal xərclər, icarə haqqı sahibkardan böyük vəsait tələb edir. Ona görə də belə obyektlərin saxlanması asan başa gəlmir.

Saç rəngləri, saç lakları, müxtəlif kosmetik məhsulların qiyməti artıb. Bu malların xaricdən gəlməsini nəzərə alsaq qiymətlər kəllə çarxa qalxıb. Əvvəllər 2 manat, 90 qəpiyə olan saç rəngləri indi 4 manat 60 qəpiyə olub.

Ümumilikdə, kosmetika məhsullarının qiymətində 50 faiz bahalaşma müşahidə olunur. Bu da işləyən qadınların, evdar xanımların isə həyat yoldaşlarının büdcəsinə böyük zərbədir.

Əldə etdiyimiz özəl xəbərdə bildirilir ki, artıq supermarketlərdə “Rexona”, “Lady speed steek”, adekalon, sabun, şampun, diş məcunu, paltartəmizləyən tozlar, qabyuyan şampunlar və bu kimi mallar da bir daha dəhşətli dərəcədə bahalaşıb.

İşıq və qazın bahalaşması bütün sahələrdə qiymət artımı ilə nəticələnib. İstər sərnişindaşınma, istər ərzaq məhsulları, istərsə benzin və digər xərclər artmaqdadır. Minlərlə ailə olduqca ağır bir vəziyyətlə üzləşir.
Tarix: 5-01-2017, 08:30
Xəbəri paylaş





Xəbər lenti