Üzən məzənnəyə keçiddən sonra dollar: 2.20-2.50 manat olacaq – AMMA BU DA SON DEYİL

Üzən məzənnəyə keçiddən sonra dollar: 2.20-2.50 manat olacaq – AMMA BU DA SON DEYİL 2017-ci ildə Mərkəzi Bankın üzən məzənnəyə keçidi gözlənilir. Bankda belə hesab edirlə ki, üzən məzənnəyə keçidlə dollar-manat arasında münasibət nisbətən də olsa tənzimlənəcək.

İqtisadçı-ekspert Vüqar Bayramov da bu fikirdədir ki, əgər prosesə hazırlıq sistemli aparılarsa, bu mümkündür. Ekspertin sözlərinə görə, üzən məzənnəyə keçid Mərkəzi Bankın verəcəyi qərardan asılıdır:
Üzən məzənnəyə keçiddən sonra dollar: 2.20-2.50 manat olacaq – AMMA BU DA SON DEYİL
“Strateji Yol Xəritəsi”ndə 2017-ci ildə liberal məzənnə siyasətinə keçidin olması nəzərdə tutulub. Bu, artıq rəsmi sənəddə əks olunmuş öhdəlikdir. Bu səbəbdən car ildə liberal məzənnə siyasətinə keçidin olması gözləniləndir. Bu gözləntinin özünü doğrultmaması cari ildə “Strateji Yol Xəritəsi”nin reallaşmaması anlamına gələcək”.

İqtisadçı hesab edir ki, bu il gec-tez Mərkəzi Bank liberal siyasətə keçəcək. Lakin üzən məzənnəyə keçidin hansı aya təsadüf etməsi haqda proqnoz vermək olmaz:

“Üzən məzənnəyə keçidin hansı ayda reallaşacağını deyə bilmirik. Bu inzibati qərar Mərkəzi Bankın nəzarətində olduğu üçün proqnoz vermək mümkün deyil. Keçiddən sonra manatın məzənnəsinin nə qədər olacağı da liberal siyasətdən asılı olacaq. Gözlənilir ki, rəsmi məzənnə ilə bazar məzənnəsi arasında kəskin fərq olacaq”.

İqtisadçı hesab edir ki, üzən məzənnəyə keçid olarsa, bazarda dolların məzənnəsi 2.20-2.50 manat arasında dəyişə bilər:

“Rəsmi məzənnədə dolların manata münasibətdə məzənnəsinin necə dəyişməsi Mərkəzi Bankın liberal məzənnə siyasətinə hansı səvviyədə hazır olmasından asılı olacaq. Hazırki gedişat göstərir ki, dolların məzənnəsi manata nisbətdə artacaq”.

İqtisadçı qeyd edib ki, əsas nüans Mərkəzi Bankın bu prosesə hazırlıqlı olması, manata inamı artırmasından ibarət olmalıdır:

“Mərkəzi Bank bu faktorları nəzərə alaraq liberal məzənnə siyasətinə keçməyə hazırlaşmalıdır. Bu halda manata münasibətdə kəskin sıçrayışların qarşısı alına bilər. Bu mərhələyə keçid hazırlıqsız olarsa, heç bir nailiyyət əldə edilməz. Bu zaman manatın daha çox dəyər itirəcəyini müşahidə edəcəyik”.

Nigar Məhərrəm
Tarix: 5-01-2017, 16:26
Xəbəri paylaş





Xəbər lenti