Sürücülərə qara xəbər: İnhisarçı məmurlar akumlyatoru iki dəfə bahalaşdırdı - Şok səbəb

Sürücülərə qara xəbər: İnhisarçı məmurlar akumlyatoru iki dəfə bahalaşdırdı - Şok səbəb Azərbaycan maşın akumlyatorlarının qiyməti iki dəfə bahalaşıb

Politika.Az-a verilən xəbərdə bildirilir ki, bu bahalaşma hər növ model avtomobillərin akumlyatoruna siraət edib.

Hazırda 50 manatlıq akumlyator 80-100 manat civarında satılır. Bu da maşını olan sürücülərin cibinə iki dəfə soyğunçuluq etməkdir.


Bu texnikanın xaricdən idxal olunması və dollarla alqı-satqı mübadiləsi aparılması qiymət artımı ilə nəticələnib. Ümumiyyətlə, son bir neçə ayda Azərbaycanda avtomobillərin ehtiyat hissələri 60 %-ə kimi bahalaşıb.

Bu barədə avtomobil ekspertləri və ehtiyat hissələri satıcıları bildirib. Ekspertlərin sözlərinə görə, may ayından avqusta ayına kimi ehtiyat hissələri 40 %, sentyabr ayında isə 20% bahalaşıb.

Bunun bir neçə səbəbi var. Birincisi may ayından etibarən son bir neçə ayda dollar xeyli bahalaşıb. Bu da ölkəyə gətirilən ehtiyat hissələrinin qiymətlərinə xeyli təsir göstərib.

Qiymətlərin artmasına təsir göstərən digər səbəb gömrük rüsumlarının iyul ayından etibarən fərqli qaydada hesablanmasıdır.

Belə ki, əvvəl ehtiyat hissələrinə say və ya çəkiyə görə rüsum hesablanırdısa, indi malın ehtiyat hissəsi və ya quş yemi olmasından aslı olmayaraq dəyərinə görə rüsum hesablanır. Nəticədə ehtiyat hissələrinin gətirilməsi xərcləri 2 dəfə artıb.

Politika.Az-a verilən xəbərdə bildirilir ki, nəticədə avtomobil yağlarından iri ehtiyat hissələrinə kimi bütün detallar kəskin bahalaşıb.

Bəzi ehtiyat hissələrinin qiymətləri isə daha çox artıb. Məsələn, “Mercedes C200” modelinin yan qanadı 60-70 manatdan 120-140 manata, qapısı 80 manatdan 140 manata, alın şüşələri 80 manatdan 120-130 manata kimi bahalaşıb.

Ön amartizatorların qiyməti 45-55 manatdan 90-100 manata, arxa amartizatorların qiyməti isə 85-90 manata kimi bahalaşıb. 2.0 l mühərrikli “Mercedes C200”ün şamları 4 manatdan 7 manata kimi, 2.4 litr mühərrikli modelin şamları isə 9 manatdan 17 manata kimi bahalaşıb.
Tarix: 29-01-2017, 09:17
Xəbəri paylaş





Xəbər lenti