Azərbaycan banklarının xarici borcu artıb

Azərbaycan banklarının xarici borcu artıb Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin həcmi bu il yanvarın 1-nə 7 milyard 224,8 milyon manat (təxminən 4,2 milyard dollar) təşkil edib. Bu, ötən il dekabrın 1-i ilə müqayisədə 185,7 milyon manat və ya 2,64% çoxdur.

Məlumatı Azərbaycan Mərkəzi Bankı yayıb.

Xarici öhdəliklərinin dekabr ayında artması manatın məzənnəsinin zəifləməsi ilə əlaqələndirilir. Bu baxımdan manat ucuzlaşdıqca, xarici öhdəliklərin də artacağı gözlənilir.
Tarix: 12-02-2017, 14:49
Xəbəri paylaş





Xəbər lenti