Novruz bahalaşması qaçılmazdır

Novruz bahalaşması qaçılmazdır “Ümumiyyətlə belə halların qarşısı almaq üçün ilk növbədə istehsalı artırmaq lazımdır”

Bu sözləri Politika.Az-a kənd təsərrüfatı mütəxəssisi, aqronom Vahid Məhərrəmov Novruz bayramı ərəfəsində bazarlarda qiymət artımı haqda danışarkən deyib.

Onun sözlərinə görə, Novruz qabağı qiymət artımını qarşısını real olaraq almaq mümkün olmayacaq: “Çünki bizim idxaldan asılılığımız var. Yəni əksər məhsullar idxal olunur. İdxal olunduğu üçün dollarla alınır.

Ölkəyə gətirilərkən yol xərcləri və digər xərcləri nəzərə alsaq bahalaşma olur. Ona görə də Novruz bayramı ərəfəsində idxalçılar gəlirlərini artırmaq üçün bele addım atırlar”.

Vahid Məhərrəmov onu da qeyd edib ki, hökumət, məmurlar və yerli icra orqanları bütün gücünü bu sahəyə səfərbər etsə də, bahalaşmanı önləmək mümkün deyil.

Onu da deyək ki, qaz, işıq və benzinin bahalaşması da qiymətlərə təsir edib.Ötən illə müqayisədə bu dəfə əhali ev-eşiyinə bayram bazarlığını ürəyincə edə bilməyəcək.

Kənd təsərrüfatı naziri Heydər Əsədov da məhsuldarlığın artması və qiymətlərin ucuzlaşması üçün heç bir addım atmır.2016-cı ildə Azərbaycanda Novruz bayramı süfrəsi 37% bahalaşıb.

Əgər 2015-ci ildə 4 nəfərlik orta statistik ailənin bayram süfrəsi 60 manata başa gəlirdisə, bu il 83 manatadək artıb.

Bu, orta statistik ailə üçün müəyyən edilmiş 626 manat həcmində yaşayış minimumu məbləğinin 15,7%-ni təşkil edir. Ötən il yaşayış minimumu 496 manat, bayram süfrəsi isə bu məbləğin 12%-ni təşkil edib.
Tarix: 24-02-2017, 08:21
Xəbəri paylaş





Xəbər lenti