Rusiyada 8 nəfər güllələnərək öldürülüb

Rusiyada 8 nəfər güllələnərək öldürülüb Rusiyanın Tver vilayətində “50 illik Oktyabr” bağçılıq dərnəyinin 8 üzvü güllələnərək öldürülüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, ilkin məlumata əsasən, Konakovsk rayonunun Redkino qəsəbəsində dərnəyə elektrik işləri görmək üçün çağırılmış elektriklə mübahisə olub.

Elektrik evə qayıdaraq silah götürüb və dərnəyə gələrək 6 kişi və 2 qadını güllələyib. 8 nəfəri qətlə yetirən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
Tarix: 4-06-2017, 14:47
Xəbəri paylaş





Xəbər lenti