“Nazirlər Kabinetinin büdcə yükü bir çox nazirliklərin xərcindən də azdır” - İQTİSADÇI

“Nazirlər Kabinetinin büdcə yükü bir çox nazirliklərin xərcindən də azdır” - İQTİSADÇI “Yeni Müsavat” qəzeti Nazirlər Kabinetində mümkün ixtisarlarla bağlı proqnozlarını paylaşıb. Məqalədə kimin yola salınacağı, kimin öz kreslosunda qalacağı ilə bağlı rəylərə dair nəsə deyə bilmərəm, amma “ən çox büdcə yükü məhz Nazirlər Kabinetindədir” məlumatı yanlışdır”.

Hurriyyet.org xəbər verir ki, bu barədə iqtisdçı Rövşən Ağayev “feysbuk” səhifəsində yazıb.
R. Ağayev qeyd edib ki, Nazirlər Kabinetinin büdcə yükü hətta bir çox nazirliklərin xərcindən də azdır: “Məsələn, 2016-cı ildə Maliyyə, Vergilər, Xarici İşlər nazirliklərinin hər birinin ayrı-ayrılıqda stukturlarının saxlanması xərcləri Nazirlər Kabinetindən orta hesabla 2 dəfə çox olub”.

“2016-cı ildə Nazirlər Kabinetinin xərci 9.4 milyon manat olub”

“Yəni Nazirlər Kabinetini kiçiltməyə, hətta ləğv etməyə ehtiyac varsa, səbəbi böyük pul həzm etməsi yox, işlək qurum kimi çalışa bilməməsi ola bilər.
2016-cı ildə Nazirlər Kabinetinin xərci 9.4 milyon manat olub. Bu, Prezident Aparatının xərcindən 7.5 dəfə, Parlamentin saxlanma xərcindən 3.5 dəfə azdır”, - deyib ekspert.

Ağayev əlavə edib ki, Nazirlər Kabinetinin saxlanma xərci dövlət büdcəsindən dövlət idarəetmə sisteminin və qanunverici hakimiyyətin saxlanması üçün ayrılan xərclərin heç 2 faizini də təşkil etmir.

Siam.az
Tarix: 5-06-2017, 18:21
Xəbəri paylaş





Xəbər lenti