KFC restoranları ‘Gilan Holding’ə keçdi

KFC restoranları ‘Gilan Holding’ə keçdi Bakıda məşhur KFC restoranlarını yönəldən «AFK» şirkətinin sahibliyi yenidən dəyişib. Hazırda «Gilan Holding» bu şirkəti özünün pərakəndə biznes üzrə törəmə qurumlarından birinə aid edir.

«Gilan Holding» şirkətlər qrupu korporativ saytını qismən yeniləyərək, ticarət və ictimai iaşə sektorunda fəaliyyət göstərən bir neçə müəssisəni bir arada təqdim edib. Onların arasında «AFK» MMC də var.
KFC restoranları ‘Gilan Holding’ə keçdi

«Gilan Holding»in saytından web-screenshot
Bunadək «AFK» MMC-ni (VÖEN 1701109091) «Qarant Holdinq» MMC öz biznes portfelinə daxil edirdi. Holdinq bir müddət bundan öncə kredit öhdəliklərini vaxtında icra etməklə bağlı problemlə üzləşmişdi və iş məhkəməyə qədər gedib çıxmışdı. «Paşa Bank» ASC «Qarant Holdinq» MMC və keçmiş nəqliyyat nazirinin oğlu Anar Məmmədovla kredit borcunun məhkəmədən kənar həll olunduğunu açıqlamışdı.

«Gilan Holding»in saytından web-screenshotKFC restoranları ‘Gilan Holding’ə keçdi

Məşhur KFC fast-fud restoranlarını Azərbaycana 2010-cu ildə başqa bir işadamı, «PNN Group» şirkətinin vitse-prezidenti Nəsib Piriyev gətirmişdi. O, «AFK» MMC-ni qurdu, Bakıda bir- birinin ardınca 3 restoran açdı, şirkətin kapitalını 5,6 milyon manata çatdırdı. Sonradan şirkət Anar Məmmədova ötürüldü.
KFC restoranları ‘Gilan Holding’ə keçdi

«PNN Group» şirkətinin saytından screenshot
Şəbəkə «Garant Holding»ə keçəndən sonra sayca dördüncü KFC restoranı o zaman Nəqliyyat Nazirliyinin tabeliyində olan «Azərbaycan Dəmir Yolları» QSC-yə məxsus olan, «28 May» metro stansiyası yaxınlığında yerləşən tarixi binada açıldı. Ötən ay həmin restoran «başqa ünvana köçmək» adıyla bağlanıb.

Nə «Gilan Holding», nə də «AFK» şirkətində restoranların mülkiyyətçisinin dəyişməsiylə bağlı məlumatı AzadlıqRadiosu-na şərh etməyiblər. «Garant Holding» MMC-nin telefonları isə bağlıdır. (azadliq.org)
Tarix: 6-06-2017, 09:02
Xəbəri paylaş





Xəbər lenti