589 milyon manatlıq müəmma: SOCAR pulunu geri çəkib?

589 milyon manatlıq müəmma: SOCAR pulunu geri çəkib? "Bakı Olimpiya Stadionu" MMC-nin nizamnamə kapitalı 590,001 milyon manatdan 1 milyon manatadək azalıb. Beləliklə, nizamnamə kapitalında 589,001 milyon manat azalma qeydə alınıb.

Göründüyü kimi nizamnamə kapitalında azalma təxminən 100 faizə yaxındır. Ümumiyyətlə, hansısa qurumun nizamanmanə kapitalının bu səviyyədə azalması mümkündürmü? Bu, necə baş verə bilər?

Cebhe.info-ya açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, rəsmilər bununla bağlı açıqlama verməsələr, bu, böyük korrupsiya faktı kimi gündəmə otura bilər:

589 milyon manatlıq müəmma: SOCAR pulunu geri çəkib?

“Ümumiyyətlə, nizamnamə kapitalının birdən-birə bu qədər azalması istənilin qurumun təsisçiləri tərəfindən ya hüquqi göstəricilərin yerinə yetirilməsi üçün geri çəkilməsi, ya da öz gəlirləri üçün vəsaitin geri çəkilməsindən sonra baş verə bilər. "Bakı Olimpiya Stadionu" isə dövlət tərəfindən tikilmiş və təsisçiləri dövlət tərəfindən formalaşmış bir kommersiya qurumu idi. Bu qurumun idarə edilməsi ilkin olaraq Gənclər və İdman Nazirliyinə verilsə də, sonrada bu səlahiyyətlər SOCAR-a verildi. Belə çıxır ki, "Bakı Olimpiya Stadionu"nun idarəçiləri vəsaitləri geri çəkiblər. Burada söhbət 500 milyondan yuxarı vəsaitdən gedir. Bu vəsaitlər hansı yollarla geri çəkilib? Hansı mənbələr hesabına ödənilib və nəyə görə bu hadisə baş verib? Bunu isə "Bakı Olimpiya Stadionu"nun idarəçiliyinə cavabdeh olan şəxslər izah etməlidir.

Vətəndaşın bunu bilməyə haqqı var. Çünki bu qurum dövlət büdcəsi hesabına ərsəyə gəlib. Ona görə də bu məsələyə mütləq qayda da aydınlıq gətirilməlidir. Dövlət büdcəsi hesabına yardılmış nizamnamə kapitalından birdən-birə bu qədər vəsaitin çəkilməsi və bununla bağlı heç bir izahatın verilməməsi özündə ciddi məqamları əks etdirir. Ona görə də ümid edək ki, yaxın zamanda aidiyyatı qurumlar cəmiyyət üçün inandırıcı açıqlamalar verəcəklər. Yoxsa bu məsələ də böyük bir qalmaqla kimi ölkə gündəminə oturacaq”.

Vilayət Muxtar
Tarix: 7-06-2017, 13:46
Xəbəri paylaş





Xəbər lenti