Maşın bazarında icarə haqqı qaldırıldı, narazılıq böyüdü –VİDEO

Maşın bazarında icarə haqqı qaldırıldı, narazılıq böyüdü –VİDEO Xətai rayonunda ''maşın bazarı'' kimi tanınan ticarət mərkəzində təkər satışı ilə məşğul olan sahibkarlar rəhbərliyə narazılıq ediblər. Onlar gün boyu mağazalarını bağlı saxlayıb satış aparmayıblar. Səbəb bazar rəhbərliyi tərəfindən icarə haqqının və vergi ödənişinin qaldırılmasıdır.

Strateq.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, burda təkər satışı ilə məşğul olanlar deyir ki, bir neçə gündür bazar rəhbərliyi icarə qiymətlərini və vergi ödənişini qaldırıb. Sahibkarlar deyir ki, hər ay mağazanın icarəsi üçün 1800 manat və əlavə olaraq 270 manat vergi pulu verirlər.

Bundan əlavə, vergi adı ilə yığılan pullarının məbləğinin də artırılması mağaza işlədənləri özündən çıxarıb. Onlar deyir bazar rəhbərliyinə vergi pulu kimi ödədikləri məbləğ heç vergilər nazirliyinə çatdırılmayıb. Çünki vergi müfəttişləri tərəfindən ödəniş etməmələrinə görə cərimələniblər.

Gün boyu bazarda təkər satılan mağazalar bağlanıb və sahibkarlar yığışaraq bu vəziyyətin dəyişməsini tələb ediblər. Lakin bazar rəhbərliyindən bildirdilər ki, icarə pulu, eyni zamanda vergi ödənişi 50 manat qaldırılıb. Səbəbinə gəlikdə isə həmin şəxs bunun bazarın sahibinin göstərişi ilə edildiyi dedi.
Tarix: 8-06-2017, 10:54
Xəbəri paylaş





Xəbər lenti