Hər şey nağdsız, sosial sığorta nağd: Dəyişiklik haqda xəbər deputatı dilə gətirdi

Hər şey nağdsız, sosial sığorta nağd: Dəyişiklik haqda xəbər deputatı dilə gətirdi “Sosial sığorta haqqında” Qanuna dəyişiklik edilməsi barədə məlumat ciddi narazılıq yaradıb. Belə ki, ötən gün mediada yalnız sosial sığortanın nağd qaydada ödəniləcəyi ilə bağlı məlumat yayılıb. Məlumata görə Qanunun 14-cü (Məcburi dövlət sosial sığorta haqqı) maddəsində dəyişiklik ediləcək. Dəyişikliyə əsasən, indiyədək hər ay üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqı əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə nağd və ya nağdsız hesablaşma qaydasında ödənilirdisə, bundan sonra, yalnız nağd qaydada ödəniləcək. Məlumatda bildirlirdi ki, qanuna dəyişiklik Milli Məclisin iyunun 13-də keçiriləcək iclasında müzakirə ediləcək.

Bütün ödənişlər nağdsız hesablaşmalara keçirildiyi bir vaxtda, sosial sığortanın nağd ödənilməsi maraq doğurmaya bilməzdi.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov məsələ ilə bağlı Cebhe.info-ya bildirib ki, qanunda sosial sığortanın nağd qaydada ödəniləcəyi barədə məlumat yoxdur:“Belə bir şey yoxdur, hamısı nağdsızdır. Sosial sığortanın ödənişi əmək haqqının, təqaüdün alındığı qaydada ödəniləcək. Yəni, sosial sığorta da kartla ödəniləcək. Nağd olmayacaq”.Hər şey nağdsız, sosial sığorta nağd: Dəyişiklik haqda xəbər deputatı dilə gətirdi

İqtisadçı-alim Vüqar Bayramov Cebhe.info-ya açıqlamasında Milli Məclisin sosial sığortanın nağdı və ya nağdsız qaydada ödənilməsi barədə məlumata rəsmi açıqlama verməsinə ehtiyac olduğunu vurğulayıb:

“İlk öncə informasiyanın doğruluğunun yoxlanması vacibdir. Bütün hallarda əgər nağd hesablaşmalar təşviq edilirsə, sahibkarın nağdsız olaraq ödəniş etmək imkanı varsa, bu imkan tanınınmalıdır. Heç bir halda nağd ödənişin məcburi xarakter alması arzuolunan deyil. Bütün hallarda hər hansı bir ödənişi, o cümlədən sosial ödənişlərin yalnız nağd həyata keçirilməsilə bağlı qərarın qəbul edilməsi doğru deyil. Nağdsız ödənişlərin heç bir halda məhdudlaşdırılması həyata keçirilə bilməz. Əgər sahibkar öz bank hesabından və ya plastik kartından nağd şəkildə ödəniş etmək istəyirsə, ona bu imkan yaradılmalıdır. Buna görə də nağdsız hesablaşmaların qadağan edilməsi arzuolunan deyil”.

Yeganə Oqtayqızı
Tarix: 8-06-2017, 21:48
Xəbəri paylaş





Xəbər lenti