“Övladlarımız, hətta nəvələrimiz də uzun illər borc qaytarmalı olacaqlar…” – Natiq Cəfərli

“Övladlarımız, hətta nəvələrimiz də uzun illər borc qaytarmalı olacaqlar…” – Natiq Cəfərli “Övladlarımız, hətta nəvələrimiz də uzun illər borc qaytarmalı olacaqlar”

Skrom.Net xəbər verir ki, bu sözləri tanınmış iqtisadçı Natiq Cəfərli deyib.

Onun fikirlərini olduğu kimi təqdim edirik:


“Nüfuzlu “Reuters” agentliyi xəbər yayıb ki, “Azərbaycan Dəmir Yolları” ASC maliyyə məsələləri üzrə beynəlxalq məsləhətçi axtardığı barədə elan verib, səbəb də “müəyyən mövcud borc öhdəliklərinin yenidən maliyyələşdirilməsi” mexanizmlərini hazırlamaqdan ibarət olacaq.

Tərcüməsi – Beynəlxalq Bankdan sonra ADY- da özünü bankrot elan etməyə, borclarını “restrukturizasiya” etmək, loru dillə desək, bacardıqca uzadaraq gec qaytarmaq, dövlətin üzərinə atmaq istəyir.

Növbədə SOCAR, AZAL, “Azərenerji”, “Azərsu”, digər monstr dövlət şirkətləridir, onların toplam borcu birbaşa dövlət borcundan da çoxdur, təqribən, 13-14 mlrd. dollardır.

İllərdir tək büdcə pulunu deyil də, beynəlxalq kreditləri də basıb-yeyiblər, dövlətimizin bu gününə, sabahına, artıq birisigününə də təhdid yaradıblar, övladlarımız, hətta nəvələrimiz də uzun illər borc qaytarmalı olacaqlar…”
Siam.az
Tarix: 16-06-2017, 13:38
Xəbəri paylaş





Xəbər lenti