Yüzlərlə dəmiryolçunun maaşı kəsildi

Yüzlərlə dəmiryolçunun maaşı kəsildi Gəncə Dəmiryol Stansiyasında işləyən işçilərin maaşları verilmir.

Bu haqda “Azadlıq.info”ya daxil olan məlumatda bildirilir. Mənbənin məlumatına görə, maaşı kəsilən yalnız Gəncə Dəmiryol Stansiyasının maşinistləri deyil, ölkə üzrə bir neçə yüz işçi maaşlarını ala bilmir.

Maaşlarının kəsilməsinə etiraz edən Gəncə DYS maşinist və maşinist köməkci idarədə olub, maaşlarını tələb ediblər. Lakin rəhbərlik onlara yükdaşımaların kəskin azaldığını, bu səbəbdən büdcədə pul olmadığın, qəbul edilən qərarla razılaşmalarını tələb ediblər. Əks halda, etiraz edənlərin polisə aparılacağı bildirilib.
Tarix: 25-06-2017, 15:54
Xəbəri paylaş





Xəbər lenti