SOCAR-ın Yunanıstan planı baş tutmadı

SOCAR-ın Yunanıstan planı baş tutmadı Yunanıstan ölkənin qaz operatoru DESFA-nın səhmlərinin satılması ilə bağlı yenidən tender elan edib. Bu barədə özəlləşdirmə agentliyi məlumat yayıb.

Yunanıstan ölkənin maliyyə problemləri fonunda xarici kreditorlarla bağladığı müqaviləyə əsasən qaz operatorunun səhmlərinin 66 faizini satmalıdır. 2013-cü ildə DESFA-nın səhmləri Azərbaycanın Dövlət Neft Şirkətinə (SOCAR) 400 milyon avroya satılıb. Hərçənd noyabr ayında rəsmi Afinanın şirkətin tariflərini SOCAR-ın gözlədiyindən çox artırması narazılıqlar yaradıb.

Noyabrın 30-da Yunanıstanın Enerji Nazirliyi SOCAR-SNAM konsorsiumunun səhmlərin məbləğini hissə-hissə ödəmək təklifini “qanunazidd olduğu üçün” rədd edib. Bundan əvvəl, SOCAR bütün səhmləri alsa da, Avropa Komissiyasının müdaxiləsindən sonra dövlət neft şirkətinə səhmlərin yalnız 49-50 faizinin satılması təklif edilib. Qalan faizlər üçün isə Azərbaycan şirkəti İtaliyanın SNAM şirkəti ilə konsorsium yaradıb. Enerji üzrə təhlilçi İlham Şaban BBC Azərbaycancaya Yunanıstan hökümətinin yeni qərarı ilə bağlı bildirib ki, 2015-ci ildən hakimiyyətdə olan Alexis Tsipras hökuməti “daha çox mənfəət” əldə etmək üçün əvvəlki şərtləri dəyişdirib.

Siam.az
Tarix: 30-06-2017, 07:03
Xəbəri paylaş





Xəbər lenti