SOCAR 6 aya 1,4 mlrd. manat kredit götürüb

SOCAR 6 aya 1,4 mlrd. manat kredit götürüb SOCAR-a daxil olan şirkətlərin bu il götürdükləri kreditin məbləği açıqlanıb.

SOCAR-ın 2016-cı il üzrə konsolidə olunmuş maliyyə hesabatına əsasən bu il SOCAR yerli və xarici banklardan 798 mln. manat (457 mln. dollar), 186 mln. manat (101 mln. avro) və 254 mln. manat (368 mln. lari) məbləğində yeni uzunmüddətli kreditlər alıb.
Bundan başqa, SOCAR yerli bankdan 140 mln. manat (82 mln. dollar) məbləğində qısamüddətli kredit əldə edib.


Beləliklə, SOCAR təkcə bu il ümumilikdə 1,378 mlrd. manat məbləğində kredit cəlb edib.
Tarix: 7-07-2017, 14:35
Xəbəri paylaş





Xəbər lenti