Qeyri-neft sektorunda böhran davam edir

Qeyri-neft sektorunda böhran davam edir Rövşən Ağayev

Maliyyə Nazirliyi 2017-cil ilin ilk yarısı üçün dövlət büdcəsinin icrası ilə məlumatları açıqlayıb. İlk baxışdan büdcənin vəziyyəti yaxşı görünür – gəlirlər 26% (1.589 milyard manat) artıb. Amma büdcənin vəziyyəti o zaman yaxşı hesab edilə bilərdi ki, bu artımda əsas rol qeyri-neft sektoruna məxsus olaydı.


Real vəziyyət isə belədir: büdcə gəlirlərinin artımına faktiki olaraq qeyri-neft iqtisadiyyatının töhfəsi olmayıb. Gəlirlərin artımının 92.5%-i (1.471 milyard manatı) bilavasitə neft sektoru hesabına təmin edilib. Öz növbəsində, Neft Fondundan dövlət büdcəsinə transfertlər 70% (1.231 milyard manat), neft sektorunun vergiləri isə 33.8% (239.6 milyn manat) artıb.
Nəticə etibarı ilə 2017-ci ilin 6 ayında Neft Fondunun transfertlərinin ümumi məbləği 2.991 milyard manat, neft sektorunun vergilərinin həcmi isə 948.6 milyon manat təşkil edib. Əgər 2016-cı ilin 1-ci yarısında neft sektorunun büdcədə payı 40% olmuşdusa, 2017-ci ilin eyni dövründə bu göstərici 51%-ə yüksəlib. Nəzərə alaq ki, ötən ilə nisbətən bu ilin 6 ayında neftin orta qiyməti 12-13 dollar baha olub. Göründüyü kimi, neftin qiyməti azacıq yüksələn kimi. iqtisadiyyatın neftdən asılılığı da ona adekvat artır.
Vergilər Nazirliyinin xəttilə qeyri-neft iqtisadiyatından toplanan vergilər ötən ilə nisbətən 3.1% (76.7 milyon manat) azalıb.
Yazı müəllifin Facebook səhifəsindən götürülüb


Siam.az
Tarix: 14-07-2017, 23:01
Xəbəri paylaş





Xəbər lenti