700 milyard dollar olan HƏRBİ BÜDCƏ

700 milyard dollar olan HƏRBİ BÜDCƏ ABŞ-da 2018-ci maliyyə ili üçün həcmi təxminən 700 milyard dollar olan hərbi büdcə layihəsi qəbul edilib. Konqresinin Nümayəndələr Palatasının təsdiqlədiyi bu məbləğ Ağ Evin nəzərdə proqnozlaşdırdığından da çoxdur. Xatırladaq ki, ABŞ-da yeni maliyyə ili oktyabrın 1-də başlayır.
Publika.az xəbər verir ki, “Reuters” agentliyinin yaydığı məlumata görə, Ağ ev ölkənin hərbi ehtiyaclarına 603 milyard dollar, həmçinin xaricdə hərbi əməliyyatlar aparılmasına 65 milyard dollar istəmişdi. Yekunda konqresmenlər maliyyələşməni 696,5 milyard dollar həcmində təsdiqləyiblər. 2017-ci ilin hərbi büdcəsi 619 milyard dollar təşkil edirdi.
Sənədin lehinə palatanın 344, əleyhinə isə 81 üzvü səs verib. Qanun layihəsi raketdənmüdafiə xərclərinin 25 faiz artırılmasını nəzərdə tutur. Bundan başqa, hərbi qulluqçuların maaşı 2,4 faiz artırılacaq.
Tarix: 14-07-2017, 23:28
Xəbəri paylaş





Xəbər lenti