İqtisadi göstəricilər pisləşməkdə davam edir

İqtisadi göstəricilər pisləşməkdə davam edir 2017-ci ilin birinci yarısında ölkədə 31 milyard 310,6 milyon manat və ya əhalinin hər nəfərinə 3224,6 manat dəyərində ümumi daxili məhsul istehsal edilmişdir. Bu, 2016-сı ilinyanvar-may aylarına nisbətən 0,9% azdır.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, Bu dövrdə iqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,7 faiz artmış, neft-qaz bölməsində isə 6,6 faiz azalmışdır.

Ümumi daxili məhsulun 13 milyard 195,2 milyon manatı sənayedə, 3 milyard 414,6 milyon manatı ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 2 milyard 536,8 milyon manatı tikintidə, 2 milyard 249,6 milyon manatı nəqliyyat və anbar təsərrüfatı, 1 milyard 559,9 milyon manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 846,6 milyon manatı turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5 milyard 48,4 milyon manatı informasiya və rabitə sahələrində, 4 milyard 711,7 milyon manatı digər sahələrdə istehsal edilmiş, məhsula və idxala xalis vergilər 2 milyard 247,8 milyon manat təşkil etmişdir.
Siam.az
Tarix: 17-07-2017, 15:19
Xəbəri paylaş





Xəbər lenti