448 nəfər işsiz qaldı: ”Azərbaycan Dəmir Yolları” onları 2 aylıq təzminatla yola saldı

448 nəfər işsiz qaldı: ”Azərbaycan Dəmir Yolları” onları  2 aylıq təzminatla yola saldı Maliyyə Nazirliyinin 17 noyabr 2016-cı il tarixli məktubuna əsasən, yanvarın 1-dən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tibbi xidmət göstərən müəssisələri təsərrüfat hesabına keçib. Bu səbəbdən özünü təmin edə bilməyən xəstəxanaların fəaliyyəti dayandırılıb. Həkim və sanitar xidmətələrə vəsait ayılmadığı üçün bəzi xəstəxanalar təsərüffat hesablı edilib, bəziləri is bağlanılıb.

Cebhe.info xəbər verir ki, 10 xəstəxana və tibbi məntəqəsi bağlandı.

Bunlar Kürdəmir, Ucar, Lənkəran, Yevlax Dəmiryol Ambulatoriyası, Salyan Dəmiryol Xəstəxanası, Hacıqabul Dəmiryol Xəstəxanası, Mincivan Dəmiryol Xəstəxanası, Gəncə Dəmiryol Gigiyena və Epidemiologiya Mərkəzi, İmişli Gigiyena və Epidemiologiya Mərkəzi, Taun Əleyhinə Stansiyadır. Rayonlarda fəaliyyət göstərən xəstəxana və məntəqələrin hər birində ən azı 60 ştat olub.

Ümumilikdə isə 448 nəfər işçi olub. Maraqlıdır, görəsən, bu işçilərin aqibəti necə olub? İşlə təmin ediliblər? “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bizimlə söhbətində bildirdi ki, işsiz qalan 448 nəfərə 2 aylıq təzminat verilib: “Onların hamısı işdən azad olunub. Qanunvericiliyə əsasən, işçilərə 2 aylıq təzminat verilib. Bundan artıq heç bir köməklik göstərə bilməzdik”.

Aytən
Tarix: 25-07-2017, 17:11
Xəbəri paylaş





Xəbər lenti