Amerikalı iqtisadçı: “Sanksiyalar dövrü bitdi”

Amerikalı iqtisadçı: “Sanksiyalar dövrü bitdi” ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları Moskvanın siyasətinə təsir etməyəcək.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında amerikalı iqtisadçı Herri Xafbauer söyləyib.

Birinci Dünya Müharibəsindən bu yana tətbiq edilən 200 iqtisadi sanksiyanı öyrənən iqtisadçı artıq bunun yararlı olmadığını bildirib:

“Sanksiyalara məruz qalan ölkələr öz ticarət əlaqələrini dəyişə bilirlər. İqtisadi sanksiyalar daha çox kiçik ölkələrin siyasətinə təsir göstərir. Daha böyük dövlətlərə qarşı isə bu işləmir”.
Tarix: 27-07-2017, 14:25
Xəbəri paylaş





Xəbər lenti