Azərbaycan borc burulğanında: 6 ayda xaricdən 11,2 milyard dollar borc alınıb

Azərbaycan borc burulğanında: 6 ayda xaricdən 11,2 milyard dollar borc alınıb 1 iyul 2017-ci il tarixinə beynəlxalq maliyyə-bank qurumları və digər kredit təşkilatları ilə ümumilikdə 11,2 milyard ABŞ dolları məbləğində kredit sazişləri imzalanıb.

Oxu.Az Hesablama Palatasına istinadən xəbər verir ki, 1 yanvar 2017-ci il tarixə olan vəziyyətlə müqayisədə 285,4 mln. ABŞ dolları və ya 2,6% çoxdur. Həmin kredit sazişləri əsasında istifadə olunmuş kreditlər üzrə Azərbaycan Respublikasının xarici dövlət borcunun ümumi məbləği 2017-ci ilin 6 ayı ərzində 193,5 mln. ABŞ dolları və ya 2,8% artaraq 7,1 milyard ABŞ dolları təşkil edib.

İstifadə olunan və dövlət borcu hesab edilən kreditlərə görə xarici dövlət borcu ümumi daxili məhsulun 18,2%-nə bərabər olub. Adambaşına düşən xarici dövlət borcu isə 1232,1 manat təşkil edib.

Hesabat dövrünə xarici borc üzrə alınan kreditlərin valyuta tərkibinə gəlincə, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 7,6%; ABŞ dolları ilə – 75,4%; avro – 13,0%; yapon yeni – 2,5%; digər valyutalar üzrə isə 1,5% olub.

Ölkəyə cəlb edilmiş kreditlərin 32,0%-ni sabit dərəcə ilə olan kreditlər, 68,0%-ni isə dəyişkən dərəcə ilə olan kreditlər təşkil edib. Xarici dövlət borcunun 57,9 %-i hesabat dövründən sonra 10 ilə qədər olan müddə 38,0%-i 10 ildən 20 ilə qədər olan müddətdə, 4,1%-I isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

2017-ci ilin 6 ayı ərzində dövlətin daxili borcu 431,4 mln. manat və ya 35,1% azalaraq 798,7 mln. manat təşkil olub. Daxili dövlət borcunun təqribən 303,3 mln. manatı, xarici dövlət borcu üzrə isə təqribən 549,0 mln. manatı şərti öhdəlik kimi qeydə alınıb.

Bastainfo.com
Tarix: 29-07-2017, 08:46
Xəbəri paylaş





Xəbər lenti