Azərbaycanın bütöv bir bölgəsinin qaz təminatı təhlükə altında: səbəb...

Azərbaycanın bütöv bir bölgəsinin qaz təminatı təhlükə altında: səbəb... İnsidentə isti keçən havanın səbəb olduğu zənn edilir


Bu gün saat 4-də Siyəzən rayonu ərazisində yanğın baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun ərazisində yerləşən dağ massivində baş verib.

Yanğın 60 hektara yaxın ərazini əhatə edib. Yanğın zamanı dağdakı ağaclar yanaraq məhv olub. Əraziyə FHN-nin Siyəzən Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Çətinliklə də olsa, yanğını söndürmək mümkün olub.

İsti və küləkli hava yanğının həcmini artırsa da, alovun yaxınlıqdakı meşə massivinə və magistral qaz kəmərinə yaxınlaşmasının qarşısı alınıb.

Yanğının başlanmasına isti keçən havanın səbəb olduğu zənn edilir.


Tarix: 8-08-2017, 08:17
Xəbəri paylaş





Xəbər lenti