Quş və mal əti idxalı iki dəfə artıb

Quş və mal əti idxalı iki dəfə artıb 2017-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 171 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 98 ölkəyə məhsul ixrac olunmuş, 166 ölkədən idxal olunmuşdur.

2017-ci ilin yanvar-iyun aylarında 737,6 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2016-cı ilin yanvar-iyun aylarına nisbətən faktiki qiymətlərlə 26,8 faiz, real ifadədə isə 24,3 faiz çoxdur.

2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 73,1 faiz, təzə meyvə – 34,3 faiz, kartof – 50,6 faiz, tütün – 36,9 faiz, çay – 44,3 faiz, meyvə və tərəvəz şirələri – 91,7 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 21,5 faiz, polietilen – 1,9 faiz, pambıq lifi – 5,7 dəfə, qara metallardan borular – 0,1 faiz, bentonit gili – 3,9 dəfə artmış, şəkər ixracı isə 21,5 faiz, bitki yağları – 3,7 faiz, meyvə və tərəvəz konservləri – 4,8 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 15,7 faiz, emal olunmamış alüminium – 32,3 faiz, qara metallardan yarımfabrikatlar – 50,5 faiz, pambıq ipliyi – 34,6 faiz azalmışdır.


QUŞ VƏ MAL ƏTİ İDXALI 2 DƏFƏ ARTIB

2016-cı ilin yanvar-iyun ayları ilə müqayisədə 2017-ci ilin yanvar-iyun aylarında xam şəkər və şəkər idxalı 13,5 faiz, təzə meyvə – 10,9 faiz, quş əti və onun əlavə məhsulları – 2,0 dəfə, mal əti – 2,3 dəfə, minik avtomobilləri – 33,7 faiz, hesablama maşınları, blok və qurğuları – 86,0 faiz, qara metallardan çubuqlar – 15,9 faiz, rezin şinlər –50,5 faiz, mineral gübrələr – 4,1 dəfə, qara metallardan künclüklər ­– 36,6 faiz, məişət kondisionerləri – 13,8 faiz, paltaryuyan maşınlar – 96,5 faiz, yük avtomobilləri – 65,1 faiz, avtobuslar – 23,1 faiz artmış, buğda idxalı isə 35,2 faiz, bitki yağları – 36,9 faiz, kərə yağı, digər süd yağları və pastaları – 0,4 faiz, kartof – 5,7 faiz, çay – 2,1 faiz, təzə tərəvəz – 46,4 faiz, polad prokatı – 1,4 faiz, qara metallardan borular – 66,5 faiz, mebel – 10,1 faiz, polietilen – 28,2 faiz, sement və sement klinkerləri – 93,6 faiz, məişət soyuducuları – 37,5 faiz azalmışdır.
Siam.az
Tarix: 8-08-2017, 14:59
Xəbəri paylaş





Xəbər lenti