Benzinin qiyməti qalxdı, keyfiyyəti daha da pisləşdi

Benzinin qiyməti qalxdı, keyfiyyəti daha da pisləşdi Sürücü Qoşqar Mürşüdlü AzadlıqRadiosu-na danışır ki, o da son vaxtlar, xüsusən də son bir həftədə A-92 markalı benzinin keyfiyyətindən narazıdır: “Bugünlərdə yanacaqdoldurma məntəqəsində benzin vuran oğlandan soruşdum ki, ‘sən Allah düzünü de, benzinə nəsə qatırsınız?’ Qımışdı. Sonra astaca başını tərpətdi, ‘Vallah özümüz də bezar olmuşuq’ dedi. O oğlan kimdi ki, ona nə deyəsən. Amma adamın vicdanı olar da, onsuz da qiyməti qaldırmısınız. Barı keyfiyyəti də qaldırın. Bunlar, əksinə, keyfiyyəti bir az da öldürürlər”.

Azərbaycanda sürücülər benzinin keyfiyyətindən dad deyir

AzadlıqRadiosu-nun “SOCAR Petroleum” QSC ilə əlaqə yaratmaq səyləri də boşa çıxır. Qurumun saytında qoyulan əlaqə nömrəsinə cavab verən də olmur, avtocavabda sadəcə, “Zənginizə cavab verilməsini gözləyin” eşidilir.
Tarix: 8-08-2017, 21:46
Xəbəri paylaş





Xəbər lenti