Əhali maaşının yarısını ərzağa xərcləyir –Yeddi ayda 10 milyard manat

Əhali maaşının yarısını ərzağa xərcləyir –Yeddi ayda  10 milyard manat 2017-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 1,8 faiz üstələyərək 19,0 milyard manata çatıb.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Ticarət dövriyyəsinin 9,6 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9,4 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib. Satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-iyul aylarının göstəricilərindən real ifadədə müvafiq olaraq 1,2 faiz və 2,4 faiz çoxdur. (Turan)
Tarix: 11-08-2017, 21:54
Xəbəri paylaş





Xəbər lenti