Bakıda ət “rekord” vurur: 15 gün sonra kəskin bahalaşma gözlənilir

   Bakıda ət  “rekord” vurur: 15 gün sonra kəskin bahalaşma gözlənilir Son aylarda ət və ət məhsullarının qiymətində kəskin bahalaşma müşahidə olunur. Bu günlərdə isə qiymətlərdə yenə də artım olub. Belə ki, dana əti (sümüklü) 13.50 manat, sümüksüz 14.50-15 manat, quzu əti isə 15 manatdan başlayan qiymətlərlə satılır. Qeyd edək ki, bir neçə gün öncə ət və ət məhsullarının qiyməti hazırki qiymətlərdən təxminən 2-2.50 manat ucuz idi.

Cebhe.info-nun məlumatına görə, yaxın günlərdə ət və ət məhsullarının qiymətində yenidən bahalaşma olacaq.

Bu haqda əməkdaşımızla söhbət edən qəssablar bildirib ki, Qurban bayramı ərəfəsindən qiymətlər daha da artacaq: “Bayram yaxınlaşdıqca ət və ət məhsullarına təlabat artır. Rayonlarda isə ucuz dana, quzu demək olar ki, yoxdur. Bir müddət öncə 1000 manata aldığımız dana bu gün 1300-1400 manata satılır. Buna görə də bazarda ət qıtlığı yaranır və təbii olaraq qiymətlər artır. Bayram ərəfəsində isə ətə olan tələbat daha da artacaq. Bu da qiymətlərin daha da kəskin şəkildə bahalaşmasına səbəb olacaq”.

Qiymətlərin bahalaşma səbəblərinə gəlincə isə həmsöhbətimiz bunu yem məhsullarının qiymətinin yüksək olması ilə izah edib:

“Digər tərəfdən indi yay ayları olduğundan hələ ət və ət məhsullarına təlabat o qədər da çox deyil. Çünki hər kəs mövsümü tərəvəzlərlə, meyvələrlə qidalanır. Ancaq isti havalar artıq bitmək üzrədir. Payız, qış aylarında hər kəs ət alacaq. Bu da qiymətlərin artmasına səbəb olacaq. Ət və ət məhsullarının qiymətinin artmasının bir səbəbi də otlaq sahələrinin az olması, ot bağlarının isə həddindən artıq baha olmasıdır. Bu gün 1 bağ otun qiyməti 5 manatdan yuxarıdır. Kəndli də bu pula ot alanda təbii ki, satdığı heyvanın qiyməti də baha olacaq. Bu səbəbdən yaxın günlərdə qiymətlərin daha kəskin bahalaşacağı gözlənilir”.

Vilayət Muxtar
Tarix: 17-08-2017, 14:49
Xəbəri paylaş





Xəbər lenti