Nazirlik ətin qiymət artımını inkar etdi: “Nə bahalaşma?”

Nazirlik ətin qiymət artımını inkar etdi: “Nə bahalaşma?” Son günlər paytaxtın müxtəlif yerlərində ətin qiymətinin qalxdığı müşahidə edilir. Yerlərdən asılı olaraq mal ətinin qiyməti 11.50-13 manat arasında dəyişilir. Hətta qəssablar ilin sonunadək ətin qiymətində kəskin artım olacağını deyərək 2-3 manat bahalaşmanı ciddi qarşılamırlar. Bölgələrdə də ətin qiyməti qalxıb. Məsələn, Tovuz rayonunda mal ətinin qiyməti 12, qoyun ətinin qiyməti isə 11 manatdır. Halbuki, bir müddət öncə, mal əti 9 manat, qoyun ətinin qiyməti isə 8 manat olub. Burada mal əti daha çox istehlak edildiyi üçün qoyun əti ilə müqayisədə qiymət yüksəkdir. Bahalaşma dalğası rayonlardan Bakıya

Maraqlıdır, ətin qiymətinin qalxmasına səbəb nədir?

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Cebhe.info-ya açıqlamasında ətin qiymətinin stabil qaldığını, heç bir bahalaşma və buna əsas olmadığını bildirib: “Nə bahalaşma? Ətin qiyməti stabildir. Bahalaşma yoxdur”.

Qurban bayramına bir neçə gün qalsa da, hələlik nazirlik təşkil olunacaq yarmarkalar haqda da heç bir məlumat verməyib. Nazirlik rəsmisi yaxın günlərdə bayramla əlaqədar təşkil olunacaq yarmarkalar, heyvan sayı və digər suallarla bağlı detallı məlumat verəcəyini açıqlayıb.

Nigar Məhərrəm
Cebhe.info
Tarix: 21-08-2017, 15:21
Xəbəri paylaş





Xəbər lenti