Bakıda satışda saxlama müddəti “uzadılmış” ağartı məhsulları aşkarlanıb

Bakıda satışda saxlama müddəti “uzadılmış” ağartı məhsulları aşkarlanıb İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ağartı məhsulları ilə bağlı araşdırma aparıb.
Nazirlikdən verilən məlumatda deyilir ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, ev 7/19 ünvanında fəaliyyət göstərən fiziki şəxs Ağayev Məlik Balakişi oğlu tərəfindən istehsal edilən “Saratovka”, Xətai rayonu, NZS qəsəbəsi, S.Əhmədov küçəsi, ev 6 ünvanında “Kaspian Prodakşn Layn” MMC tərəfindən istehsal edilən “Lavanda”, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Bakı-Duz, qeyri-yaşayış sahəsi ünvanında fəaliyyət göstərən fiziki şəxs Ramazanov Mehman Mahir oğlu tərəfindən istehsal edilən “İsmayıllı”, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa yolu, şossenin sağ tərəfi ünvanında fəaliyyət göstərən fiziki şəxs Məsimov Alim Nəriman oğlu tərəfindən istehsal edilən “Bərəkət” adlı şorların etiketində saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi müəyyən olunub.

Məhsulların saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilməsi saxlama müddəti ötmüş və beləliklə də, insanların həyat və sağlamlığı üçün təhlükəli malların istehlakçılar tərəfindən istifadəyə yararlı məhsul kimi istifadəsinə şərait yaratmaqla, sağlamlığına təhlükə törədir. Bununla əlaqədar istehsal olunan məhsulların üzərində saxlama müddətinin normativ sənədlərin tələblərinə uyğunlaşdırılması barədə “Kaspian Prodakşn Layn” MMC-yə, fiziki şəxslər Ağayev Məlik Balakişi oğluna, Ramazanov Mehman Mahir oğluna və Məsimov Alim Nəriman oğluna müvafiq göstəriş verilib.
Tarix: 24-08-2017, 08:15
Xəbəri paylaş





Xəbər lenti