“Monopoliya inkişafa mane olur”

“Monopoliya inkişafa mane olur” İsabala Zeynalov: “Bəzi məmurlardadövlət, xalq yox, ancaq biznes təfəkkürü formalaşıb”

“Bu gün ökədə kifayət qədər problemlər mövcuddur. Hökumət problemlərin həlli istiqamətində müəyyən işlər görsə də, bu yetrəli deyil. Günümüzün əsas probleminə çevrilən işsizlik xüsusilə gənclərin durumuna mənfi təsir göstərir”.


“Monopoliya inkişafa mane olur”

Bu sözləri “Cümhuriyət” qəzetinə açıqlamasında Gənc Demokratlar Hərəkatı sədrinin müavini İsabala Zeynalov deyib. Onun sözlərinə görə, sosial problemlərin həlli istiqamətində atılan addımlar gənclərin güzaranına ciddi təsir etməyib: “İslahat anonsu verildi, ancaq heç bir ciddi iş görülmədi. Yenə də hər zaman gördüklərimizi görürük. İslahat imitasiyası isə heç bir zaman inkişafa səbəb ola bilməz. Hökumət süni qiymət artımından danışdı, buna yol verən işbazların cəzalandırılacağını bildirdi, ancaq nəticədə Tarif Şurası qiymətləri daha da qaldırdı. Bahalaşma o, həddə çatıb ki, ötən dövrlərlə müqayisə etmək mümkün olmur. Çünki ən az 3-4 dəfə qiymətlər artıb. Əslində bu da müəyyən qədər hüquqların pozulması anlamına gəlir. Çünki əhalinin ərzaq təhlükəsizliyi qorunmalıdır”.

İsabala Zeynalov deyib ki, social ədalətsizliyin yaranmasında bir sıra səriştəsiz məmurların da xüsusi rolu var: “Çünki məmurların əksəriyyəti bu gün daşıdıqları vəzifənin öhdəliklərini bir kənara atıb biznes imperiyası qurmağa çalışırlar. Bir çox biznes sahələri də məhz oliqarxların monopoliyasındadır. Bu da inkişafı ləngidən, bahalaşmanı daha da sürətləndirən əsas amildir. Ona görə də bu gün bəzi məmurlarda dövlət, xalq yox, ancaq biznes təfəkkürü formalaşır”.(Cebhe.info)
Tarix: 25-08-2017, 21:53
Xəbəri paylaş





Xəbər lenti