Bakı bazarında saxta çörəklər: Həm də brend adlarda

Bakı bazarında saxta çörəklər: Həm də brend adlarda Belarusun çörək və un məmulatları istehsalçısı olan "Qrodnoxlebprom" ASC nümunə olaraq Azərbaycana 15 adda çörək-bulka məmulatı göndərib. Bu barədə Belarus mətbuatı yazıb. Qeyd edək ki, müəssisə hər ay Rusiyaya təxminən 3 ton çörək tədarük edir. Tələbat olduğundan yaxın vaxtlarda ixracın həcminin artırılması planlaşdırılır. Eyni zamanda, "Qrodnoxlebprom"un çörək-bulka məmulatları Nyu-York, Los-Anceles də daxil olmaqla, dünyanın başqa bazarlarına da ixrac edilir.

Qeyd edək ki, Azərbaycanın bəzi marketlərində ədədi 90 qəpik olmaqla “Belarus çörəyi” satılır. Əslində isə bu çörək və bulka məmulatları ölkədə istehsal olunur. Sadəcə “Belarus çörəyi” adı ilə alıcılarla təqdim olunur. Nəzərə alsaq ki, təkcə Belarusda çörəyin qiyməti 2 manatdan başlayır. O zaman çörəyin qiyməti maya dəyərindən də ucuz necə satıla bilər? Belarusdan gələn çörəklərin isə qiyməti Azərbaycanda 2 manat 50 qəpik-3 manat arasında dəyişir. Maraqlıdır, Azərbaycana daha hansı ölkələrdən çörək məmulatları idxal edilir?

Bakı bazarında saxta çörəklər: Həm də brend adlarda

Azad İstehlakçılar Bilriyinin rəhbəri Eyyub Hüseynov “Cümhuriyət” qəzetinə açıqlamasında bunları deyib: “Almaniyadan gələn çörəklər var ki, onlara 1 il yararlıq müddəti qoyulub. Yararlıq müddəti ilə mübarizə aparanda isə deyirlər ki, xəmir Almaniyadan gəlir. Qeyd edim ki, 1 il yararlıq müddəti olan çörək artıq kimyalaşmış çörəkdir. Azad İstehlakçılar Birliyi böyük mübarizə aparandan sonra bu çörəklərin üzərinə son yararlıq müddətini yazmağa müvəffəq oldu. Ondan sonra məndə olan məlumata görə artıq Almaniyadan o çörək və xəmir gəlmədi. Yerli istehsalçılar alman çörəkləri istehsal etməyə başladılar. Əgər bu şirkətlər dövlət qeydiyyatına alınıbsa, belə çörəklərin istehsalı qanunidir. Yox, alınmayıbsa, hansısa ad altında satılırsa, yerli istehsaldırsa, bu qeyri-qanunidir. Belarus çörəkləri ilə bağlı araşdırma aparılmalıdır. Əgər onların brendləri imitasiya olunursa, onun qarşısını almaq olar”.

Eyyub Hüseynov qeyd edib ki, istənilən ərzaqla bağlı yalnız istehlakçıların şikayətləri əsasında tədqiqat aparıla bilər: “Çörəklərin saxlanma müddəti 72 saatdan artıq deyil və 72 saatdan tez xarab olan çörəklər bizim üçün maraqlıdı. Bizim Belarusda uyğun təşkilatımız var, onlarla müntəzəm görüşürük. Orada qidanın təhlükəsizlik məsələsi Azərbaycanda xeyli qabaqdadır. Amma Azərbaycanda isə qidanın təhlükəsizliyinə dair qanun yoxdur. Ölkə başçısının 10 fevral 2017-ci il tarixli fərmanı ilə yaradılacaq Qida Təhlükəsizliyi Agentliyinə böyük ümid bəsləyirik. Lakin bu ümidlərimizin puç olmasını da ehtimal edirik. Ona görə qorxuruq ki, həmin Agentlik qohum-əqrəbalar və qeyri-professionallar üçün bir iş yeri olsun. Eyni zamanda rüşvət mənbəyi olsun. Bu da ki, istehlakçıların hüquqlarının pozulması ilə nəticələnə bilər. Bu səbəbdən Azad İstehlakçılar Birliyi iş aparır ki, Agentlik şəffaf fəaliyyət göstərsin, orada yalnız professionallar olsun və o effektli işləsin ki, ölkə prezidentinin gözləntiləri doğrulsun”.

Eyyub Hüseynov əlavə edib ki, Azad İstehlakçılar Birliyində ermənilərin bütün dünyaya, o cümlədən, Nyu-Yorka idxal etdiyi Şuşa lavaşlarının nümunələri var: “Təəsüflər olsun ki, Azərbaycan brendi xarici ölkələrdə ermənilərin əlindədir”.

Alçina Amilqızı
Tarix: 25-08-2017, 22:03
Xəbəri paylaş





Xəbər lenti