ABŞ sanksiyaları indi də Rusiyanın dövlət banklarını vurur

ABŞ sanksiyaları indi də Rusiyanın dövlət banklarını vurur Kremlin bu məsələdə yeganə pənahı Avropa Birliyidir

Yaxın həftələrdə ABŞ Rusiyaya qarşı sektoral, yəni sahəvi sanksiyaların tətbiqinə başlayacaq. Rusiya mətbuatının bildirdiyinə görə, ilk hədəf olaraq ölkənin dövlət bankları seçilə bilər.


Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumatlara görə, sentyabr ayında iri banklara yeni məhdudiyyətlərin yeni paketi təqdim olunacaq. Buna görə zərbə altında ilk olaraq “Bank Rossiya”, “Rosselxozbank”, “Qazprombank” və digər nəhəng maliyyə qurumları dayanır. Bundan daha öncə amerikalılar “Bank Moskvı”, “Vneşekonombank”a qarşı sanksiya tədbirlərinə əl etıb.

Ağ Ev belə hesab edir ki, formal olaraq dövlət bankları olmasına rəğmən bu qurumlar əslində Kremlə yaxın siyasi fiquraların nəzarəti altındadır və onların şəxsi mənfəətinə qulluq göstərir.

ABŞ sanksiyaları indi də Rusiyanın dövlət banklarını vurur

Vaşinqton bu sanksiyalarda Avropa Birliyinin dəstəyinə ümid edir.

Bildiyimiz kimi, Avropa Bilriyi Konqresin enerji sahəsinə tətbiq etdiyi sanksiyalara olduqca ağrılı reaksiya vermişdi. Avriopa Komissiyasının sədri Jan Klod Yunker bu həttə Birliyin cavab tədbrlərinə əl atmalı olacağını söyləmişdi.

Lakin ABŞ-ın bank sahəsi ilə bağlı atdığı addılar Avropa Birliyinə birbaşa ziyan törətmir. Enerji mənbələrindən fərqli olaraq buada Avropa Birliyinə zərbə vuracaq səbəb azdır.

Rusiya mütəxəssisləri isə yeni məhdudiyyətlərin təkcə Krımda fəaliyyət göstərən və dövlət banklarına deyil, bütün kredit təşkilatlarına şamil olunacağı barədə narahatlıqlarını ifadə edirlər.

ABŞ sanksiyaları indi də Rusiyanın dövlət banklarını vurur

Burada ABŞ-ın Venesuelaya qarşı gördüyü analoji tədbirlər nümunə ola bilər. ABŞ Venesuelanın dövlətə məxsus neft şirkəti “Petroleos de Venezuela”-ya borc öhdəlikləri ilə əlaqədar əməliyyatlar aparmağı qadağan edib.

Yeni sanksiya paketində Rusiyanın bank sistemini çöküşə aparacaq tədbirlər siyahısı nəzərdə tutulub.

Məsələn, Rusiyaya veriləcək ABŞ kreditlərinin qaytarılması vaxtı tamamilə qısaldılıb. Rusiya banklarının kredtitləşmə vaxtı 90 gündən 14 günə endirilib. Neft-qaz sektorunda isə kredit əməliyyatları 30 gün ərzində başa çatmalıdır.

Hətta Rusiya mətbuatı belə sanksiyaların ölkə iqtisadiyatının onsuz da bərbad olan vəziyyətini daha da pisləşdirəcəyini yazır.



Məsələn, beynəlxalq reytinq agentyliyi Moody`s Rusiyanın reytinq göstəricilərinin kəskinliklə düşəcəyini proqnozlaşdırır.

“Genişləndirlmiş sanksiyalar sanksiya rejiminə yeni-yeni alışmağa başlayan investorlar üçün xoşagəlməz siqnaldır. Lakin bu sanksiyalar həm də xarici rəqiblərin bazardan çıxmasını fürsət hesab edib ixracatı artırmağa hazırlaşan yerli firmalar üçün də neqativ təsir edəcək”, -reytinq təşkilatının bəyanatında deyilir.

Ekspertlərin fikrincə, inflyasiyanın yüksəlməsi riski Rusiyanın Mərkəzi Bankına ümumi dərəcəni 9%-dən aşağı endirməyə imkan verməyib.

EPFR (Emerging Portfolio Fund Research)-in məlumatlarına əsaəsn təkcə iyun ayında Rusiya fondları 2 milyarddan çox maliyyə itkisinə məruz qalıb(Musavat.com)
Tarix: 30-08-2017, 16:31
Xəbəri paylaş





Xəbər lenti