Heydər Əsədovun işçisi prezidentin pambıq siyasətinə qarşı - FOTO, VİDEO

Heydər Əsədovun işçisi prezidentin pambıq siyasətinə qarşı - FOTO, VİDEO Beyləqan Kənd Təsərrüfat İstehsalat Müəsissəsin ditektoru Çərkəz Şirinov prezident İlham Əliyevin pambıqçılığı inkişaf etdirmə siyasətini belə dəyərləndirir

Müəsissə direktorunun himayəçisi olan Tofiq Qocayev Kənd Təsərrüfatı Nazirliyinin Dövlət müəssisələrinin idarəedilməsi şöbəsinin müdiri işləyir

Demək olar ayda 1-2 dəfə Beyləqana səfər edən Tofiq Qocayev Çərkəz Şirnovun bütün qanunsuzluqlarından və özbaşınalıqlarından xəbərdardır. Həmçinin bu qanunsuzluqlara və özbaşınalıqlara şərikdir.


Son illər prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə pambıqçılığın inkşafı üçün dövlət səviyyəsində işlər aparılır. Ancaq prezidentin bu təşəbbüsünü bəzi məmurlar qulaqardına vuraraq, pambıqçılığın inkşafını özlərinin şəxsi mənfəət obyektinə çevirməkdədirlər. Belə bir məmurlardan biri də Beyləqan rayonunda yerləşən Kənd Təsərrüfat İstehsalat Müəsissəsi MMC-nin direktoru Çərkəz Şirinovdur.

Beyləqan rayon sakini Şahin Əsədovun AzFakt.com-a verdiyi məlumata görə müəsissə direktoru Çərkəz Şirinov dövlətin pambıqçılığın inkişaf etdirilməsi siyasətindən sui istifadə edərək, özünün şəxsi binznesini inkşaf etdirir. Belə ki, hazırda Beyləqan Kənd Təsərrüfat İstehsalat Müəsissəsində 600 hektara yaxın pambıq əkilməsinə baxmyaraq, Çərkəz Şirinovun səhlənkarlığı, layqeydsizliyi nəticəsində bu qədər əkin sahəsi məhv olmaq üzrədir.

Saytımıza verilən məlumatda qeyd edilir ki, Çərkəz Şirinov pambıq sahələrinin becərilməsi üçün dövlətdən təxminən 300 min manata yaxın vəsait almasına baxmayaraq, dümək olar ki, heç ciddi iş görülməyib. Əvəzində isə direktor dövlətdən aldığı vəsiatin bir hissəsinə mal-qara alaraq rəhbərlik etdiyi müəsissədə saxlatdırır.
Çərkəz Şirinovun qanunsuzluqları ilə üzləşən Şahin Əsədovun saytımıza verdiyi digər məlumatda isə bildirilir ki, müəsissə direktoru pambıq sahələrində öz mal-qarasını otardırır. Dəfələrlə Çərkəz Şirinovun bu hərkətinə etiraz edənlər olmasına baxmayaraq, müəsissə direktoru açıq aşkar deyib ki, "dövlət bilər, mən bilərəm”.
Şahin Əsədov iddia edir ki, Çərkəz Şirinovun bu hərəkətləri prezident İlham Əliyevin pambıq siyasətini ayaqlar altına atmaq deməkdir. Çünki ölkə rəhbəri dayanmadan rayonlara səfər edərək, pambıqçılqla maraqlanır və bu sahənin inkşafı üçün bütün lazım olan köməkliklərin edilməsi üçün tapşırıqlar verir. Ancaq Çərkəz Şirinov kimi məmurlar ölkə rəhbərinin iqtisadiyyatda qeyri neft sektorunun inkişafına yönələn bu siyasətindən sui istifadə edərək öz şəxsi bizneslərini inkşaf etdirirlər.
Şikayətçi Şahin Əsədovun iddiasına görə, Çərkəz Şirinov bu özbaşınalığını tələbə yoldaşı, onun əsas himayədarı və bu vəzifəyə təyin edilməsini təşkil edən Tofiq Qocayevə arxalanaraq həyata keçirir. Müəsissə direktorunun himayəçisi olan Tofiq Qocayev Kənd Təsərrüfatı Nazirliyinin Dövlət müəssisələrinin idarəedilməsi şöbəsinin müdiri işləyir. Demək olar ayda 1-2 dəfə Beyləqana səfər edən Tofiq Qocayev Çərkəz Şirnovun bütün qanunsuzluqlarından və özbaşınalıqlarından xəbərdardır. Həmçinin bu qanunsuzluqlara və özbaşınalıqlara şərikdir. Çərkəz Şirinov özü hər yerdə deyir ki, Tofiq Qocayev tələbə yoldaşıdır və nazir Heydər Əsədovla yaxındır, onun direktor təyinatı üçün nazirə çatacaq "haqq hesabı” tələbə yoldaşı vasitəsi ilə çatdırıb.

Bildirək ki, Beyləqan rayonunda fəaliyyət göstərən Kənd Təsərrüfat İstehsalat Müəsissəsi MMC-nin direktoru Çərkəz Şirinovun dövlət torpaqlarını şəxsi mənafeləri üçün istifadə etməsi ilə bağlı bir neçə həftə bundan öncə oxuculara məlumat vermişdik.
Həmin məlumatda qeyd etmişdik ki, Heydər Babayevin Beyləqandakı adamı Kənd Təsərrüfat İstehsalat Müəsissəsi MMC-nin toraq sahəsində gizli 500 hektar taxıl əkib. Müəsissə direktoru 500 hektar torpaq sahəsindən 2 (iki) min tona yaxın məhsul əldə edərək satıb. Hazırda qara bazarda taxılın topdan satış qiyməti 0,25 qəpikdən hesablanır ki, buda Çərkəz Şirinova 500 min manat qazanc gətirməsi deməkdir.

Həmin məlumatda Çərkəz Şirinovun əldə etdiyi yarım milyon manat vəsaitin tək yemədiyi, qazancın bir hissəsinin əsas himayədarı olan Kənd Təsərrüfatı Nazirliyinin Dövlət müəssisələrinin idarəedilməsi şöbəsinin müdiri Tofiq Qocayevə verməsini qeyd etmişdik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

AzFakt.comHeydər Əsədovun işçisi prezidentin pambıq siyasətinə qarşı - FOTO, VİDEO
Heydər Əsədovun işçisi prezidentin pambıq siyasətinə qarşı - FOTO, VİDEO
Heydər Əsədovun işçisi prezidentin pambıq siyasətinə qarşı - FOTO, VİDEO
Heydər Əsədovun işçisi prezidentin pambıq siyasətinə qarşı - FOTO, VİDEO
Heydər Əsədovun işçisi prezidentin pambıq siyasətinə qarşı - FOTO, VİDEO
Tarix: 31-08-2017, 09:24
Xəbəri paylaş





Xəbər lenti