8 milyarddan kim nə qədər qazanır? - Banka pul qoymadan oxuyun


8 milyarddan kim nə qədər qazanır? - Banka pul qoymadan oxuyun

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2019-cu il üzrə əhalinin banklarda olan əmanəti 8 milyard 811 milyon 100 min manatdır. 

Maraqlıdır, banklar əmanətləri hansı faizlə qəbul edir? Əhali əmanətlərindən nə qədər gəlir əldə edir? 

Cebhe.info xəbər verir ki, banklar milli valyutada olan əmanətləri 5,25-13,00 faiz aralığında qəbul edir. Dollar əmanətləri isə 0.10-3.00 faiz aralığında qəbul olunur. Kommersiya banklarında faiz dərəcələri aylıq və müddətli olaraq iki hissəyə bölünür. Banklar aylıq ödəniş etdiyi əmanətlərdə faiz dərəcəsini aşağı göstərir. Kommersiya banklarından isə ən yüksək faiz dərəcəsini “NBC Bank” ASC təklif edir. Bank aylıq əmanətlərə 12, müddətli əmanətlərə isə 13 faiz verir. Dollar əmanətlərində isə hər iki varinatda 3 faiz təklif olunur. Manatla qəbul olunan depozitlərin dərəcələri “Bank of Baku”da - 11,00%-12,00%-dən 9,00%-10,00%-ə, “Muğan Bank”da 12,50%-12,75%-dən 9,50%-9,75%-ə, “Bank Respublika”da 10,00%-10,50%-dən 9,50%-10,00%-ə kimi endirilib.

Sonuncu həm də ABŞ dolları ilə qəbul olunan birillik əmanətlər üzrə dərəcələri 2,25-2,50%-dən 1,90%-2,00%-ə kimi aşağı salıb. 


Tarix: 23-12-2019, 16:26
Xəbəri paylaş





Xəbər lenti