Bazarlarda təhlükəli məhsul dolaşır - AÇIQLAMA


Bazarlarda təhlükəli məhsul dolaşır - AÇIQLAMA

Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti ("Rosselxoznadzor") tərəfindən Rusiyaya aparılan 18 tondan çox pomidorun böyük hissəsində Cənubi Amerika pomidor güvəsinin sürfələrinin tapılıb.

Nəticədə isə məhsul Dağıstan sərhədindən geri qaytarılıb .

Bildirək ki, pomidorda zərərvericilərin olması Ümumrusiya Bitki Karantini Elmi-tədqiqat İnstitutunun Dağıstan filialında təsdiqlənib. Yük sahibi Rusiya Federasiyasının İnzibati Məcəlləsinə müvafiq olaraq inzibati məsuliyyətə cəlb edilib.

Maraqlıdır, bu pomidorlar məhv edilir, yoxsa satışa çıxarılır?

“Azad İstehlakçılar” İctimai Birliyinin rəhbəri Eyyub Hüseynov Cebhe.info-ya açıqlama verərək bildirib ki, geri qaytarılan pomidorlar daxili bazara çıxarılacaq:

“4-5 il bundan əvvəl külli miqdarda Azərbaycan fındıq-qozu ləpəsi Avropa bazarına buraxılmadı, geri qaytarıldı. Aflatoksin göbələklərin olduğu müəyyən olunmuşdu. Onların da taleyi məlum olmadı. Azərbaycanda qidanın təhlükəsizliyi haqqında qanun işləmir. Məhsul məhv olmur, bir şəkildən digər şəkilə çevrilir. Düşünürəm ki, o pomidorlar daxili bazara qayıdacaqdır. Mən 22 ildə cəmi 2 dəfə kütləvi məhvolmada iştirak etmişəm. Əgər kütləvi məhvolma həyata keçirilmirsə, deməli, onlar bazara çıxarılacaq və əhaliyə satılacaq.

Qida Təhlükəsizlik Agentliyi elə iş aparmalıdır ki, mallar o vəziyyətdə olmasın. Pomidor istehsalçıları gərəkdir ki, AQTA-da qeydiyyatdan keçsin. AQTA-nın onların üzərində nəzarəti təyin olunmalıdır. Əgər keçməsələr, onların məhsulları geri qaytarılacaq. AQTA təhlükəli malların Azərbaycan vətəndaşlarına yedizdirilməsinə icazə verməməlidir. Bildiyim qədərilə, güvə insanlar üçün çox da təhlükəli deyil, digər bitki xəstəliklərinin yaranmasına yol açır”.

Tarix: 31-01-2020, 21:37
Xəbəri paylaş





Xəbər lenti