Baş bankir: "Manat bahalaşma təzyiqi altındadır"


Baş bankir: "Manat bahalaşma təzyiqi altındadır"

“Yanvar ayında da Azərbaycanın valyuta bazarında təklif tələbi üstələyib”.

Marja-nın məlumatına görə, bunu faiz dəhlizinin parametrlərinin elan edilməsinə həsr edilmiş mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

"Qeyd edim ki, cari ayda da (Yanvar) balans təklifin xeyrinədir. Cari ayda Dövlət Neft Fondu 240 milyon dollar vəsaiti sata bilmədi",- Elman Rüstəmov bildirib.

Mərkəzi Bankın sədri əlavə edib ki, Manatın məzənnəsi bahalaşma təzyiqi altındadır.

Qeyd edək ki, 2019-cu ildə də Azərbaycanın valyuta bazarında təklif tələbi üstələyib.

Cebhe.info

Tarix: 3-02-2020, 10:34
Xəbəri paylaş





Xəbər lenti