Prezidentdən banklara xəbərdarıq: "Özlərindən küssünlər, LİSENZİYALARI ALINACAQ"


Prezidentdən banklara xəbərdarıq: "Özlərindən küssünlər, LİSENZİYALARI ALINACAQ"

Prezident İlham Əliyev ölkə banklarına xəbərdarlıq edərək onları kredit faizlərini aşağı salmağa və biznes kreditərini artırmağa çağırıb.

Cebhe.info xəbər verir ki, fevralın 3-də keçirilən konfransda çıxış edən prezident bildirib ki, bank sektorunda sağlamlaşdırma prosesi davam etməlidir. Dövlət banklara indiyədək böyük dəstək verib, banklar isə bunun müqabilində ölkə iqtisadiyyatına dəstək olmalıdırlar:

«Biz banklara çox böyük dəstək vermişik, bütün əmanətlər sığortalanıb. Baxmayaraq ki, böranlı lövrlər arxada qalıb, amma yenədə də əhalinin banklara inamının artırılması üçün dövlət bu məsələni üzərinə götürür. Azərbayan nadir ölkələrdən biridir ki, bütün bank əmanətləri dövlət tərəfindən sığortalanır. Bu banklara edilən böyük güzəştdir və həm də məsuliyyətdir.

Və əgər onlar tərəfindən, özəl banklar tərəfindən hər hansı sürpriz olarsa, onlar özlərindən küssünlər.

Və Mərkəzi Banka verilən yeni səlahiyyətlər çərçivəsində nəzarət daha güclü olmalıdır ki, sağlamlaşdırma prosesi uğurla başa çatsın.

Və iqtisadiyyat artdıqca, uçot dərəcəsi də aşağı düşür - indi 7,25%-dir və özəl banklar da faizləri aşağı salmalıdırlar. Çünki AMB da uçot dərəcəsini aşağı salır.

Və bütövdükdə özəl banklar iqtisadi pinkişafımıza təkan verməlidir, onlarıvn işi oturub pul qazanmaq olmamalıdır. Onlar öz məsuliyyətlərini dərk etməlidir. Dövlət onlara fəaliyyət üçün imkan yaradıb, lisenziya verib. Əgər banklarda hər hansı problem olsa liseziya ləğv ediləcək, vəssalam.

Bir çox bankların lisenziyası ləğv edildi, onlar bu imkandan məhrum olacaqlar. Ona görə də məsuliyyətli yanaşmalıdırlar, hes bir sürpriz olmamalıdır. Və onlar biznes kreditlərə üstünlük verməlidrlər. Yenə də istehlak kreditlərinə üstnlük verilir. Əlbəttə bu asandır, istehlak kreditini verib faizini alır. Amma biznes krediti iqtisadiyyat və iş yerləri üçün lazımdır.

AMB və Nazirlər Kabineti bunu nəzarətə göütürsünlər və mənə müntəzəm məlumat verilsin - biznes və istehlak kreditlərinin payı nə qədərdir.

Bir də rayon və kənd yerlərində təklif edilən əmlakları banklar girov kimi qəbul etmirlər, onlar Bakıda əmlak istəyirlər, buna da son qoyulmalıdır, bu ayrı-seskiliyə yol vermək omaz».

Tarix: 4-02-2020, 09:15
Xəbəri paylaş





Xəbər lenti