Qlobal bahalaşma dalğası


Qlobal bahalaşma dalğası

Yanvar ayında ərzaq məhsullarının qiyməti davamlı olaraq artıb.

Cebhe.info-nun məlumatına görə, Ümumdünya Kənd Təsərrüfatı və Ərzaq Məhsulları Təşkilatının (FAO) hesabatında belə deyilir. Yanvar ayında ərzaq qiymətləri indeksi 182,5 həddində olub. Bu isə 2019-cu ilin dekabr ayına nisbətən 0,7 faiz, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz çoxdur. Dünya bazarlarında bahalaşma əsasən, yağ, şəkər və qarşıdalıda qeydə alınıb. FAO-nun qiymət indeksi, ən çox yayılmış ərzaq növləri üçün dünya bazarındakı aylıq dəyişiklikləri əks etdirir. Adıçəkilən təşkilat bildirir ki, yanvar ayında bitki yağlarının qiyməti 7 faiz bahalaşaraq son üç ildə ən yüksək həddə çatıb.

Palma, soya və günəbaxan yağlarının qiyməti qalxıb. Lakin yanvar ayının ikinci yarıslnda koronavirusun baş verməsi və Hindistan və Malaziya arasında ticarət gərginliyinin mümkün təsiri səbəbindən yaranmış qeyri-müəyyənlik fonunda qiymətlər azalmağa başlayıb. Şəkərin qiyməti 5,5 faiz bahalaşıb. Ekspertlər bir sıra ölkələrdə istehsalın ixtisara salınacağını gözləyir.

Şəkərin qiymətinin artması Braziliya valyutasının davamlı zəifləməsi, neftin ucuzlaşması və etanol istehsalı üçün şəkər qamışına tələbatın artması ilə əsaslandırılır. Cari ilin yanvar ayında dünya bazarında taxılın qiyməti 2019-cu ilin dekabr ayı ilə müqayisədə 2,9 faiz yüksəlib. Buğdanın bahalaşması qarğıdalının və düyünün də qiymət artımına səbəb olub. Yanvar ayında süd məhsulları 0,9 faiz bahalaşıb. Dünyada kərə yağı, pendir və quru süd tozuna tələbat artır. Ötyən ay yalnız ətin qiymətində 4 faiz enmə müşahidə olunub. Bu isə Çində ət istehlakının azalması, donuz və konservləşdirilmiş ət ixracının artması ilə bağlıdır.

Tarix: 6-02-2020, 19:44
Xəbəri paylaş





Xəbər lenti