Hökumətin inflyasiya gözləntisi: NAZİR AÇIQLADI


Hökumətin inflyasiya gözləntisi: NAZİR AÇIQLADI

“Ötən il orta aylıq pensiya 15 faiz, sosial müavinətlər isə 2 dəfə artıb. İnflyasiya isə 2,6 faiz olub. Bu, birbaşa göstərir ki, əhalinin gəlirlərin inflyasiyadan 6 dəfə çoxdur”.

Cebhe.info xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, hökumət bu il də ciddi inflyasiya gözləmir: “Hökumətin nəzərə aldığı inflyasiyanı çərçivədə saxlamaq üçün tədbirlər görüləcək. Təbii ki, əhalinin gəlirinin artması müəyyən təsir göstərir. Ancaq düşünülmüş alətlərdən istifadə etməklə inflyasiyanın kritik həddə artmasına imkan verilməyəcək”.

Nazirin sözlərinə görə, 4-5 faiz inflyasiya inkişaf etməkdə olan ölkə üçün yararlı hesab edilir.

Tarix: 6-02-2020, 19:53
Xəbəri paylaş





Xəbər lenti