“Bu qayda kiçik-orta dükanların tamam sıradan çıxmasına səbəb olacaq” (EKSPERT)

“Bu qayda kiçik-orta dükanların tamam sıradan çıxmasına səbəb olacaq” (EKSPERT)



"Əlavə Dəyər Vergisinin (ƏDV) qaytarılma qaydaları ancaq iri marketlər şəbəkəsinin maraqlarına uyğundur. Qaydaların bu şəkildə tətbiqi kiçik-orta dükanların tamam sıradan çıxmasına səbəb olacaq”.

Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun fikrincə, ƏDV-nin qaytarılması haqqında qaydalar kiçik-orta sahibkarlar üçün ciddi təhdiddir:

"Ölkəda supermarket bumu başlamadan öncə 30 minə yaxın kiçik dükan, məhəllə-ailə marketləri var idi. İndi bu say 20 mindən aşağı düşüb. ƏDV qaytarılma qaydaları ancaq iri marketlər şəbəkəsinin maraqlarına uyğundur. Qaydaların bu şəkildə tətbiqi kiçik-orta dükanların tamam sıradan çıxmasına səbəb olacaq. Hər bir halda, kiçik-orta marketlər üçün də hökumət tərəfindən təşviq addımları mütləq atılmalıdır. Dediyim kimi, boşluqlar da var”.
Natiq Cəfərli qeyd edib ki, yeni qanuna görə 14 gün ərzində malı geri qaytarma hüququ var. Belə olanda mexanizmin necə çalışacağı bəlli deyil:
"Məsələn, mən bir ƏDV ödəyicisi olan iri mağazadan 1180 manata palto alıram, nəğd ödəniş edirəm, çeki öz kabinetimə daxil edib 18 manatı geri alıram. Paltonu asıram evdən, 1 həftədən sonra bir daha yeni gözlə mala baxıram və bəyənmirəm. Çeki və malı götürüb dükana gedirəm. Qanuna görə 14 gün ərzində malı qaytarma hüququm var. Paltonu qaytarıb 1180 manatımı geri alıram. Bəs, o zaman mexanizm necə çalışacaq? Qaydalarda boşluq var”.
Tarix: 5-05-2020, 10:45
Xəbəri paylaş





Xəbər lenti