Bağlanan bankların müəmmalı kapitalı və batan əmanətləri - Araşdırma


bank hesabi _237476576

Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli qərarları ilə “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrah Bank” ASC-yə müvəqqəti inzibatçılar təyin olundu. Daha sonra bu banklardan “Atabank” ASC və “Amrah Bank” ASC-nin bağlandığı elan edildi.


Maraqlıdır ki, bir müddət öncə bu banklar kapitallarının az olmadığını bəyan etmişdilər. Lakin Mərkəzi Bank bağlanan banklarının maliyyə vəziyyətinin yaxşı olmadığını bildirdi. Bəs düzünü deməyən tərəf hansıdır? Banklar Mərkəzi Banka səhv məlumat verir?

“Atabank” və “Amrah Bank”ın bağlanması digər 2 bankın “AGBank” ASC və “NBCBank”ın taleyinin naməlum olması əmanətçilərdə bütün bank sektoruna inamsızlıq yaradır.

Mərkəzi Bank elan edib ki, “Atabank” və “Amrah Bank”ın kapitalı müvafiq olaraq mənfi 214 və mənfi 77 milyon manat, “AGBank” ASC və “NBCBank”ın kapitalı mənfi 145 və mənfi 23 milyon manatdır.

Bankların özlərinin maliyyə məsələləri ilə bağlı açıqlaması isə başqa cürdür.


Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankı


Məsələn ötən ilin sonunda “NBCBank” 58,3 milyon, “AG Bank” 48,9 milyon, “AmrahBank” 11,5 milyon manat kapitala malik olub. “AtaBank” bu barədə açıqlama verməyib. Hətta “AGBank” bu ilin mart ayında kapitalının 49,2 milyon manat olduğun bəyan edib.Belə məlum olur ki, tənzimləyici quruma , yəni Mərkəzi Banka səhv məlumat verilib.Deməli, digər banklar da analoji addım atmış ola bilər.

Depuatat Vüqar Bayramlı təklif edir ki, belə vəziyyətin yaranmaması üçün bank sahibləri və menecerlərinin hesabatlılığın və məsuliyyətliliyin artırılması həyata keçirilisin:

“Rusiya daxil olmaqla region ölkələrində yanlış məlumata görə məsuliyyət müəyyən edilib. Şəffaf hesabat verilməməsi məsuliyyətə cəlb olunma ilə nəticələnməlidir.Çünki, bankların yanlış hesabat təqdim etməsi biznes sektoru, ümumilikdə ölkə iqtisadiyyatı üçün zərərlidir”.

Elə buna görə “AG Bank” və “AtaBank”da vətəndaşların 18 milyon vəsaiti qalıb.Mərkəzi Bankdan verilən məlumata görə, bağlanan bankların aktivləri hesabına öhdəlikləri yerinə yetiriləcək, qalan vəsait hesabına da sahibkarların əmanətlər geri qaytarılacaq. Təbii ki, yerdə vəsait qalarsa. Bu qorunmayan əmanətlərə də aiddir. 4 bankda əhalinin ümumilikdə 680 milyon manat qorunmayan əmanətinin olduğu məlumdur. Daha dəqiq desək, bu 680 milyon manatı banklar artıq itirib, o əmanətlər yoxdur.Qorunan əmanətlərin isə geri qaytarılmasında problem yoxdur.

Bu hadisə əmanətçilərin banklara inamını azaltdığına görə, bir ay ərzində 800 milyon manat əmanət geri çəkilib.

Aparılan sorğuya əsasən əmanətlərini geri çəkmiş insanların 60 faizi bu pulları yenidən banklara yerləşdirmək fikrində deyillər. Gözləmə mövqeyi tutacaqlar.

İyunun 1 dən etibarən milli valyutada olan qorunan əmanətlərin illik faiz həddi 12 faizədək qaldırlıb.Bu qərarla insanların banka olan etimadının bərpa olunması hədəflənib. Yəni, indi vətəndaşların 12%-lə qoyduğu əmanətlər də sığortalanacaq, əvvəl bu hədd 10% idi.

Bu qərar əmanətçilərə sərf etsə də digər tərəfdən, bu qərardan sonra kreditlərin faizi də artacaq. Çünki, bankların kredit portfelində əmanətlərin payı 70% civarındadır. Ölkədə kredit faizləri çox yüksəkdir, bu qərardan sonra daha da yüksələcək”.

Mərkəzi bankın baş direktoru Ziya Əliyev qeyd edib ki,təhlillərdən sonra manatla əmanətlərə meyl yaranması üçün bu addım atılacaq. O, həmçinin kredit faizlərinin yüksəlməyəcəyini də bildirib.

Digər tərəfdən bağlanan və inzibatçı təyin olunan bankların kredit portfeli bir milyard manata yaxındır.Bunun da 60 faizindən çoxunun ödəniş vaxtı keçib.Yəni problemli kreditlərdir. Bu vəsaitlərin necə toplanacağı isə naməlumdur.  

İlhamə Rəsulova

Tarix: 11-05-2020, 12:58
Xəbəri paylaş





Xəbər lenti