"Azərpambıq Aqrar Sənaye Kompeksi" MMC - CƏRİMƏ OLUNA BİLƏR

"Azərpambıq Aqrar Sənaye Kompeksi" MMC
"Azərpambıq Aqrar Sənaye Kompeksi" MMC-yə siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta protokolu tərtib olunub

FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000-5000 manatadək məbləğdə, hüquqi şəxslər 20000 -25000 manatadək məbləğdə cərimə edilir.

İş Bakı Yasamal Suraxanı Məhkəməsində hakim Orxan Məmmədlinin icraatındadır.
Tarix: 7-03-2024, 16:57
Xəbəri paylaş





Xəbər lenti