Qarabağda Bərpa,Tikinti və İdarəetmə Xidməti 60 min ədəd şərab hazırladır – Qiymət


Qarabağ İqtisadi Rayonunda Bərpa,Tikinti və İdarəetmə Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin nəticəsi məlum olub.
Yeniavaz.com 
xəbər verir ki, müsabiqənin qalibi “Abşeron-Şərab” ASC olub.
Tender müsabiqəsinin şərtlərinə görə, “Abşeron-Şərab” ASC-yə məxsus zavodun ərazisində 750 ml.-lik həcmdə qablarda olan 59 min 700 ədəd şərab hazırlanacaq.
Qarabağ İqtisadi Rayonunda Bərpa,Tikinti və İdarəetmə Xidməti bu məqsədlə  “Abşeron-Şərab” MMC –yə 567 min 90 manat ödəyəcək.
Rəqəmlərdən də göründüyü kimi 750 ml.-lik həcmdə qabda olacaq şərabın 1 ədədi 9,5 manata hazırlanacaq.
Tarix: 7-03-2024, 21:22
Xəbəri paylaş





Xəbər lenti